DOĞMA


1.Doğmaq”dan f.is.
2. sif. Eyni ata və anadan olmuş, bir qarından çıxmış. Doğma qardaş.
– …Dəstədə olan adamların biri Mirqasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə.

// Ögey olmayan. Doğma bala. Doğma ata (ana).
– Səhərisi gün Budaq doğma dayısını tapdı və 1921-ci ilə kimi onun yanında qaldı. Ə.Vəliyev.

3. sif. Anadan olduğu, doğulduğu, meydana gəldiyi, həyata gəldiyi (yer və s.). İndi [müəllim] xatırlayırdı ki, şəhərdə nə üçün darıxırdı.
Ora ki özünün doğma yurdu idi. S.Hüseyn.
Gəlir vətən oğlu doğma diyara. M.Rahim.

□ Doğma dil – ana dili.
[Əmir Safiyə xatuna:] Çünki ərəbcə şeirlər sənin doğma dilində deyildir. M.S.Ordubadi.

4. sif. Ən yaxın, ən əziz, ən mehriban, sevimli.
Silsilə dağlarda axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq.
Doğma şirin nəğmələrini; Dəyişmərəm bu dünyanın dövlətinə, malına. N.Rəfibəyli.
O qoxlayır Reyhanının; İsti doğma nəfəsini. M.Dilbazi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOĞMA yaxın — əziz — sevimli — mehriban

Antonimlər (əks mənalı sözlər)

  • DOĞMA DOĞMA – ÖGEY Demək, o sənin üçün doğmadır, amma bu biriləri ögey? (İ.Əfəndiyev). DOĞMA – YAD O yad deyil, mənə doğma baladan artıqdır (A
DOĞDURMAQ
DOĞMACA

Digər lüğətlərdə