DOĞRAMAC

is. Xırda-xırda doğranmış çörəklə qatıqdan, ayrandan hazırlanan və çox vaxt xiyar, göyərti və s. qatılan soyuq yemək. Keşnişli doğramac. Doğramacı süfrəyə soyudulmuş halda verirlər.
– Sadıq kişi doğramacın yarıdan çoxunu yeyəndən sonra, aradakı sükutu pozdu. M.Hüseyn.
Çərkəz arpa çörəyini ovcunda ovxalayıb qatığın içinə tökdü.
Ağac qaşıqla qarışdırıb doğramac etdi. İ.Şıxlı.

DOĞRAMA
DOĞRAMACLIQ

Digər lüğətlərdə