DOLÇA

is. Su və başqa maye tökmək üçün aşağısı nisbətən enli və ağız tərəfə doğru getdikcə daralan uzunsov qab.
[Gülzar] başqa bir qoca qadını suya gedən görüncə, gedib dolçasını alır, doldurub gətirir. C.Cabbarlı.
[Əhməd:] Birdən [Gülnaz] başında çadrası olduğunu düşünüb üzünü örtmək istədi, lakin bacarmadı, əlində süd dolçası var idi. T.Ş.Simurq.
Bəzən Mələk bacı işdən qayıdarkən eyvanda stolun üstündə dəyirmandan yenicə gətirilmiş bir tabaq un, təzə bişirilmiş çörək və ya bir dolça süd görərdi. Ə.Sadıq.

Etimologiya

  • DOLÇA Dol (dul) farsca “vedrə” deməkdir. Ərəbcə buna “sətl” (bizdə satıl kimi işlədilir) deyirlər. Dolça dol sözünün kiçiltmə formasıdır, “parç”deməkdir
DOLAYI
DOLDURMA
OBASTAN VİKİ
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Dolça (astrologiya)
== Dolça == (lat. Aquarius) 21 yanvar - 19 fevral Ünsürü - Hava Rəmzi - Dolça Rəngi - Mavinin müxtəlif çalarları Himayəçi planeti - Saturn Aparıcı motivi - Cəsur olması Rəmzi görkəmi - Göz Müsbət xüsusiyyətləri - Humanist, azad, istiqanlı, iradəli, yaradıcı, sədaqətli, idealistdir. Mənfi xüsusiyyətləri - Aqresivliyi, tez əsəbləşə bilməsi Uğurlu rəqəmi: - 2, 4 (4-ə bölünən bütün rəqəmlər), 8, 9, 11, 13.
Dolça (astronomiya)
Dolça (lat. Aquarius) — Zodiak qurşağında olan bürclərdən biri. Bu bürc haqqında ən qədim məlumatlar Babil Krallığı zamanındakı daş barelyeflərdə görünür. Ən parlaq ulduzu Sədalməlik adlanır. İkinci ən parlaq ulduzu Sadalsuuddur. Knidli Evdoksun, Aratoslu Solinin, Ptolomeyin antik ulduz kataloqlarına daxil edilmişdir. Messye (Messier) nömrələri M2, M72 və M73 olan ulduz topaları bu bürcə daxildir.
Dolça (bürc)
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Dolça (dəqiqləşdirmə)
Dolça
Dolça bürcü
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.

Digər lüğətlərdə

и́стинно неореали́ст сплин ста́дно трениро́ванность УКВ-диапазо́н умола́чивать апперципи́роваться гряда́ кру́ча по-че́стному споко́н водевиль топот botryoidal digestive fame habitualness overclothes pig-lead scene dock Scoresby Sound subfuscous tong undernourishment