DOLAYI


1. bax dolama1 2-ci mənada.
…Amma bununla bərabər, bilmirəm, niyə dolayıdan dönəndə ürəyim qırtıldadı. C.Məmmədquluzadə.

2. Qoşma mənasında: …görə,
…səbəbi ilə, …üzündən.
Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib katibdən öz kağızından dolayı məlumat istəyir. Ə.Haqverdiyev.
Qız həyadanmı, yaxud nədən dolayı isə cavab verməz. R.Əfəndiyev.

◊ Dolayı yolla məc. – düz-düzünə, bilavasitə deyil, başqa yollarla, başqa vasitə ilə, başqası vasitəsilə.
Dolayısı ilə1) bax dolayı yolla.
Mister Tomas, ingilislərə məxsus bir soyuqluqla məsələni dolayısı ilə Həkimülmülkə bildirməyi qərara aldı. M.İbrahimov;

2) üzündən, səbəbindən, nəticəsində.
Əgər bircə dəqiqə bərk külək əssə və ya bir təsadüf dolayısı ilə ayağı sürüşsə, fəhlə … dənizə düşəcəkdir. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOLAYI dolanbac

Antonimlər (əks mənalı sözlər)

  • DOLAYI DOLAYI – BİRBAŞA Lakin demədi, dönüb birbaşa yuxarı qalxdı (M.İbrahimov); Bu görüşdən dolayı çox şad olub bağa girdik (Ə

Etimologiya

  • DOLAYI Dolanmaq kəlməsi ilə qohumdur, “ətraf” mənasında işlədilir. Dolayı yolla, birbaşa deyil, kənar vasitələrin köməyi ilə iş görməkdir
DOLAY
DOLÇA
OBASTAN VİKİ
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. == Haqqında == Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.

Digər lüğətlərdə