1. Narazı halda özözünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək.
…O arvaddan həzər etmək ki, sübhdən-axşamacan dodağının altında həmişə donquldana.
Allahqulu donquldana-donquldana (z.) qapıdan çıxdı.
// məc. kin. Ala-babat, pis danışmaq mənasında.
Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar … firəngcə donquldanacaqlar.
2. Heyvanlar haqqında: hirslənmə əlaməti olaraq yavaşcadan acıqlı səslər çıxarmaq; mırıldanmaq. Qaraca qız özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi.
Bir az donquldanıb mağaranın ağzında yatdı.