Dilarə Dostuzadə
Dilarə Əlimuxtar qızı Dostuzadə — Azərbaycan alimi, Karreksion pedaqogika üzrə fəlsəfə doktoru, dosent
== Həyatı ==
Dilarə Dostuzadə 1946-cı il yanvarın 26-da Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Türkan qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə qəsəbədəki 119 saylı orta məktəbə daxil olmuş, 1960-cı ildə həmin məktəbin VIII sinfini bitirmiş, 79 saylı Fəhlə və Gənclər məktəbinə daxil olmuş və 1962-ci ildə həmin məktəbin X sinfini bitirmişdir.
1961—1966-cı illərdə 119 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsində çalışmışdır.
1963—1964 tədris ilində V.İ.Lenin adına APİ-nin "İbtidai təhsil pedaqokikası və metodikası" fakültəsinin axşam şöbəsinə daxil olmuş, 1969-cu ildə oranə bitirmişdir.
1966-cı ildən 119 saylı orta məktəbdə sinif müəllimi işləməyə başlamışdır.
1970—1975-ci ilə kimi yerli sovetlərə deputat seçilmişdir.
1971-ci ildə pedoqoji fəaliyyətinə görə "Əməkdə fərqlənmə üzrə medalı" ilə təltif olunmuşdur.
1973—1975-ci ilə kimi 119 saylı orta məktəbdə "Tərbiyə işləri üzrə direktor müavini" vəzifəsində işləmişdir.
1979—1990-cı illərdə Respublika 1 saylı karlar internat məktəbində müəllim işləmişdir.
1987-ci ildə Azərbaycan SSR Pedaqoji Cəmiyyətinin "Fəxri Fərmanı"na layiq görülmüşdür.