DÜYÜNLƏNMƏK

məch.
1. Düyün edilib bağlanmaq, düyün vurulmaq.
2. məc. Dolaşmaq, mürəkkəbləşmək, çətinləşmək; yığılıb bir-birinə qarışmaq.
Yenə də əski xatirələr düyünlənib onun fikrini çulğaladı. Ə.Vəliyev.
Dəmirov dönüb qayıtdı, onun alnında fikirlər düyünlənmişdi. S.Rəhimov.
Lakin ağrı onun düyünlənmiş, ağır bir daş kimi onun ürəyindən asılmışdı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜYÜNLƏNMƏK bağlanmaq
  • DÜYÜNLƏNMƏK dolaşmaq — mürəkkəbləşmək — çətinləşmək
DÜYÜNLƏNMƏ
DÜYÜNLÜ

Digər lüğətlərdə