DƏLİQANLI


1. is. Həddi-büluğa çatmış gənc, cavan oğlan.
…Səfərin Sibirdən qaçıb, başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi hər yerə yayılmışdır. S.S.Axundov.
Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid və kefcil bir dəliqanlı olduğu anlaşılırdı. A.Şaiq.
Gəlinlər, qızlar, kəndin dəliqanlıları əl-ələ tutuşub yallı getdilər… M.Hüseyn.

2. sif. İgid, cəsur, qoçaq.
İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazın oğlu Cavanşir idi. M.Hüseyn.

// Coşqun, tezqızışan, qızğın, qudurğan, dəlibaş.
Ruqiyyədən çəkinməsə idilər, dəliqanlı oğlanlar məni tikə-tikə edərdilər. A.Divanbəyoğlu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏLİQANLI igid — cəsur — qoçaq
  • DƏLİQANLI dəliqanlı bax 1. yetkin; 2. igid

Antonimlər (əks mənalı sözlər)

  • DƏLİQANLI DƏLİQANLI – QORXAQ İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazin oğlu Cavanşir idi (M.Hüseyn); Çox qorxaqdır, qaranlıq düşən kimi evdən bay

Etimologiya

  • DƏLİQANLI Dəli sözünün bir mənası “igid, cavan” deməkdir. Dəliqanlı da bu məna ilə bağlıdır: cavan, cəsur adamlara belə deyilir
DƏLİKLİ
DƏLİQANLILIQ
OBASTAN VİKİ
Dəliqanlı tayfası
Dəliqanlı tayfası — İran Azərbaycanının Xalxal bölgəsində yaşamış olan tayfalardan biri. == Haqqında == Dəliqanlılar Germi, Yengicə, Kivi və Koreş Rüstəm bölgəsindəki 20 kənddə yaşamaqdadırlar. 1932-ci ildə Mahmud Keyhan tərəfindən yazılmış əsərdə onların sayı 400 ailə olaraq təsvir edilir. 1960-cı ildəki hesablamalara görə isə onların sayı 480 nəfər idi. Bu dövrə aid başqa bir qaynaqda isə onların sayı 400 ailə olaraq göstərilir. 1973-cü ilə aid sənəddə isə 200 ailə olaraq göstərilmişdir. == Həmçinin bax == Qaradağ tayfaları == İstinadlar == == Mənbə == P. Oberling. The Turkic Peoples of Iranian Azerbaijan,. New York. 1961.
Yengicə-i Dəliqanlı (Miyanə)
Yengicə-i Dəliqanlı (fars. ينگجه دليگانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 374 nəfər yaşayır (73 ailə).

Digər lüğətlərdə