DƏRD-SƏR

is. [ fars. ] klas. Başağrısı, əziyyət, narahatlıq; qayğı, qeyd.
Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani.

// Dərd-qəm, qayğı, fikir.
…Başıma dolanan, dərd-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu.

□ Dərd(i)-sər çəkmək – narahatçılıq çəkmək, narahat olmaq.
Biz almışıq arvad, olaq bəxtəvər; Almamışıq, gündə çəkək dərdi-sər. Ə.Nəzmi.
[Çimnaz:] …Baxanda deyirsən ki, dərd-sər çəkməyir, [Sona] arsızdır… Ə.Əbülhəsən.

Dərd(i)-sər vermək – başağrısı vermək, əziyyət vermək, narahat etmək.
…Axır bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərd-sər verirsiniz? C.Məmmədquluzadə.
Bir nəfər havadar və qəmxarım yoxdur, yenə sizə ümidvar olub da, dərd-sər verməyə cəsarət edirəm. M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏRD-SƏR dərd-sər bax qəm
  • DƏRD-SƏR qayğı — qeyd — fikir
  • DƏRD-SƏR başağrısı — əziyyət — narahatlıq
DƏRD-MÖHNƏT
DƏRDBİLƏN
OBASTAN VİKİ
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Sər (Şəbüstər)
Sər (fars. سار‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,504 nəfər yaşayır (371 ailə).
Sər-i Pul
Sər-i Pul — Əfqanıstanın şimalında şəhər.
Cəng-i Sər (Salmas)
Cəng-i Sər (fars. جنگ سر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (45 ailə).
Cəng-i Sər (Xoy)
Cəng-i Sər (fars. جنگسر‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sər-i Pul (Mahnişan)
Sər-i Pul (fars. سرپل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (131 ailə).

Digər lüğətlərdə

вы́пуклость главкове́рх задева́ние класси́ческий кошо́мный малоде́йственный отсту́кивание поде́йствовать родничо́к водоразбо́рный за́мша застро́йка неприя́тие озерко́ схлестну́ться ша́хматы ю́мор висельника шни death-cup dog-louse Judas ringworm stercoraceous благодарный отмыть