DƏXL

[ ər. ] Əlaqə, münasibət, aidiyyət (adətən “dəxli” şəklində).
Uşaq mənimdir, baba! Dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? M.Ə.Sabir.
Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlərlə [Mehribanın] canını sıxırdı. S.Hüseyn.
Musa dayının qayıtması və ya qalmasının baş küçədən gələn səslərə nə dəxli var? Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏXL əlaqə — münasibət — aidiyyət

Etimologiya

  • DƏXL “Mənə dəxli yoxdur” deyirik. Dəxl ərəbcə müdaxilə sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DƏXİL
...DƏK

Digər lüğətlərdə