EHTİRAS

1. EHTİRAS (cinsi əlaqə meyli) Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram (M.S.Ordubadi); ŞƏHVƏT [Əmir:] Dünyada qadın və şəhvət olmazsa kişilərin qəlbindəki inad və müqaviməti heç bir qüvvə qıra bilməz (M.S.Ordubadi); TEMPERAMENT Zəki: Başdan-ayağa həyəcandır, temperamentdir (S.Rəhman); NƏFS Səbəb budur ki, arvadlar bunların ərlərinin təkcə nəfsi-heyvaniyyətlərinə qulluq edirlər və nəfs öləndən sonra daha cavanı evdə saxlamağa bir vasitə olmur (Çəmənzəminli).

2. ehtiras bax coşqunluq

3. ehtiras bax həvəs

EHTİRAM
EHTİRASLI

Digər lüğətlərdə