ETİBARLI

1. ETİBARLI (etibar edilməyə layiq) [Muxtar:] Qorxmaz etibarlı oğlandır (Ə.Vəliyev); ETİMADLI Məktub Zəhir Bəlxinin ən etimadlı olan qulamı Bəsirə tapşırıldı (M.S.Ordubadi); İNANILMIŞ Babamı tutub əl-qolunu bağladılar, kəcavəyə mindirdilər, inanılmış adamlardan ibarət keşikçi qoydular.. (“Qabusnamə”).

2. etibarlı bax nüfuzlu

3. etibarlı bax vəfalı

ETİBAR
ETİBARLILIQ
OBASTAN VİKİ
Etibar Etibarlı
Etibar Etibarlı — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü. == Həyat və fəaliyyəti == Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir. === Bədii fəaliyyəti === İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş: Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir.
Sabir Etibarlı
Sabir Etibarlı (Etibarlı Sabir Abdul oğlu; 1953, Göylər, Şamaxı rayonu) — Azərbaycan alimi, neyrocərrah, əməkdar həkim, tibb elmlər doktoru, professor. 2004-cü ildə Neyrocərrahlıq üzrə Azərbaycan dilində çap olunmuş ilk dərsliyin müəllifidir. == Həyatı == Sabir Etibarlı 23 avqust 1953-cü ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Tibb Universitetinə müalicə işi ixtisası üzrə daxil olmuş, 1977-ci ildə məzun olmuşdur. 1983-cü ildə Kiyev şəhərində Kəkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma kursu keçmişdir. 20 sentyabr 2010-cu ildə Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Sabir Etibarlıya Əməkdar Həkim fəxri adı verilmişdir.
Etibarlı Hesablama Bazası
Trusted Computing Base (TCB) Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Etibarlı Əllər (1973)
Etibarlı Hesablama Bazası (EHB)
Trusted Computing Base (TCB) Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Etibarlı əllər (film, 1973)
Etibarlılıq
Etibarlılıq – sistemin, kompüterin, yaxud qurğunun verilmiş zaman aralığında müəyyən şəraitdə düzgün işləməsi ehtimalı. Texniki etibarlılıq müxtəlif keyfiyyət göstəriciləri ilə ölçülür; məsələn, sərt diskin etibarlılığı çox zaman dayanmalararası orta qiymət kimi verilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent əmanət kassalarının fəaliyyətindən bəhs edir.

Digər lüğətlərdə