FÖVZİYƏ

müvəffəqiyyət, qalibiyyət; qələbə.
FÖVZİ
FÖVZİYYƏ
OBASTAN VİKİ
Fövziyə Sultan
Fövziyə Sultan (28 oktyabr 1928, Paris – 9 aprel 2014, Paris) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Fövziyə Sultan 28 oktyabr 1928-ci ildə — Osmanlı səltənətinin ləğvindən 6 il sonra Parisdə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun boşnaq əsilli son xanımı Hayriyə xanımdır. Uşaqlıq illəri ailəsiylə birlikdə sürgündə keçən Fövziyə Sultan hələ 3 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq öncə Nitsaya, daha sonra isə Qahirəyə getdi. Burada anası Seyfulin adlı bir tatarla evləndi və ögey atası tərəfindən sevgiylə böyüdüldü. Burada xədiv İsmayıl Paşanın oğlu İbrahim Hilmi Paşanın xanımı Vicdan xanımla yaxın münasibət qurdu və bu vasitə ilə Misir kral ailəsinə daxil oldu. Bu illər ərzində Sorbonna Universitetində jurnalistika və sosiologiya üzrə təhsil alan Fövziyə Sultan eyni universitetin ingilis-fransız dilləri üzrə sinxron tərcüməçilik bölümünü də bitirmişdir. 1951-ci ildə Fövziyə Sultan Misir xədivi Hüseyn Kamilin qızı Qədriyə Sultanın (d. 1888 — ö. 1955) oğlu Məhəmməd Hüseyn Xeyri bəylə evləndi.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.