FIR

is.
1. Həşəratın təsirindən və s. səbəblərdən bitkilərin müxtəlif yerlərində əmələ gələn şiş; donqar. Tut ağacının fırı.
– Palıd ağaclarının düyünləri və yumru fırları irəliyə doğru çıxırdı. S.Rəhimov.

2. dan. İkigüvənli dəvənin güvənlərindən hər biri, hörgücü. Dəvənin fırı.
3. məc. Gərəksiz, lazımsız, heç bir işə yaramayan şey haqqında.
[Əli Rüstəm bəyə:] Həyatın bir üzvündən baş vermiş çirkin bir fıram, kəsib atılmaqdan başqa bir çarəm yoxdur! Çəmənzəminli.

◊ Fırı yatmaq dan. – acığı, hirsi soyumaq. Bir az atılıb-düşdü, axır ki fırı yatdı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FIR 1. FIR (ağaclarda yumru şiş) Palıd ağaclarının düyünləri və yumru fırları irəliyə doğru çıxırdı (S.Rəhimov); MAZI Ağacda var mazılar; Könlüm səni arzu
  • FIR irin — yara — çiban — şiş
FINXIRTI
FIRÇA

Digər lüğətlərdə