FƏALİYYƏT

is. [ ər. ]
1. Hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik. Pedaqoji fəaliyyət. İctimai fəaliyyət.
[Firidun] yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq bütün varlığını yenidən dərslərə və işə vermişdi. M.İbrahimov.

2. İş, işləmə. Suyun dağıdıcı fəaliyyəti. Ürəyin fəaliyyəti. – Zehni əmək zamanı hərdənbir gəzinmə beynin fəaliyyətini artırır, yorğunluğun qarşısını alır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏALİYYƏT iş — əməl
FƏAL
FƏALİYYƏTLİ

Digər lüğətlərdə