□ Fironluq etmək (eləmək) – qudurğanlıq etmək, azğınlıq etmək, zülm etmək.
[Cabbar:] Ramazan, daha durmaq yeri deyil, bu zalımı gərək cəzasına çatdıraq, bu qədər fironluq elədi, bəsdir.
[Əbülhəsənov:] Paşa bəyin fironluq elədiyi zaman Sevdim əmi dözürdü, indi nədənsə tələsir.