Əbdürrauf Fitrət
Əbdürrauf Fitrət (özb. Abdurauf Fitrat; 1885—1938) — özbək şairi.
Əbdürrauf Fitrət 1885-ci ildə Buxarada anadan olmuşdu. atası Əbdürrəhman bəy, anası Bibican idi.İlk təhsilini "Mirərəb" mədrəsəsində almışdı. 1909-cu ildə Buxara cədidçilərin təşviqi ilə İstanbula getmişdi. 1909-1913-cü illər arası Türkiyədə yaşamışdı.
Ə.Fitrət 1918-ci ilin sonları 1919-cu ilin əvvəllərində qurulan “Çağatay Grungi” adlı birliyin fəal üzvlərindən olmuşdur. Rus imperiya müstəmləkəsinin özbək xalqına verdiyi zülm, xalqın sovet rejiminə qarşı narazılığı, baş verən üsyanlar “Çağatay Grungi”nin yaranma səbəbi olmuşdur.
Ə. Fitrət, Ə.Çolpanla yanaşı Kayum Ramazanov, Elbek, Şakircan Rəhimi, Gulam Zəfəri, Mir Mollo Şerməhəmmədov, Qazi Yunusov, Batu, Sancar Sıddıqov kimi cədidçilər “Çağatay Grungi”nin fəal üzvlərindən olmuşlar.
Təsadüfi deyil ki, Ə.Fitrət, Ə.Çolpan kimi yüksək sənətkarlıq bacarığına sahib ədiblər cədid hərəkatının öndə gedən isimləri idilər.