Frits Maxlup
Frits Maxlup (alm. Fritz Machlup; 15 dekabr 1902, Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 30 yanvar 1983, Prinstom, Nyu-Cersi) — avstriyalı və amerikalı iqtisadçı.
== Bioqrafiyası ==
Vyana Universitetində təhsil alıb. O, 1923-cü ildə Lüdviq fon Mizesin rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə etmişdir.
1933-cü ildə Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə əlaqədar ABŞ-yə mühacirət etmiş, 1940-cı ildə ABŞ vətəndaşlığını almışdır. Buffalo, Cons Hopkins və Prinston universitetlərində dərs deyirdi. Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1971–1974), 1966-cı ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti olmuşdur. Bernard Xarms mükafatı laureatı (1974).
== Biblioqrafiyası ==
Махлуп Ф. Производство и распространение знаний в США. — М.: Прогресс, 1966. — 462 с.