FIRLATMAQ

f.
1. Fırlandırmaq, dolandırmaq, hərləndirmək. Maşının sükanını fırlatmaq.
– Vaqif başını aşağı salıb barmağındakı əqiq üzüyü fırladırdı. Çəmənzəminli.
Şahmar bu fikirdə idi ki, adam istəsə yeri tərsinə fırlada bilər. B.Bayramov.

2. Bir şeyi şiddətlə və saymazyana atmaq, tullamaq, tolazlamaq. Hirsindən boşqabı götürüb həyətə fırlatdı.
– Firəngiz bənövşə dəstəsini stolun üstünə fırlatdı. B.Bayramov.

// Atmaq.
Yusif Həmzənin nazik boynundan yapışıb onu qapının ağzına fırlatdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FIRLATMAQ 1. FIRLATMAQ Vaqif başını aşağı salıb barmağındakı əqiq üzüyü fırladırdı (Çəmənzəminli); HƏRLƏMƏK, FIRLAMAQ
FIRLATMA
FIRLI

Digər lüğətlərdə