GÜLYANAQ

is.sif. şair. Gözəlin epitetlərindən (sifətlərindən) biri. Gülyanaq qız.
– Hər aşiqin ki, sən kimi bir gülyanağı var; Lalə kimi əyandı ki, köksündə dağı var. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜLYANAQ gülyanaq(lı) bax gülərüzlü
GÜLÜZLÜ
GÜLYANAQLI
OBASTAN VİKİ
Gülyanaq Məmmədova
Gülyanaq Məmmədova(tam adı:Məmmədova Gülyanaq Zakir qızı) (10 iyun 1973, Böyük Dəhnə, Şəki rayonu) — Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycan Respublikasının xalq artisti (2014), Özbəkistanın xalq artisti (2022), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi(2023), Azərbaycanın xalq artisti xanəndə Gülyaz Məmmədovanın bacısı. == Həyatı və təhsili == Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980–1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində, 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alaraq, 2002-ci ildə universiteti magistr dərəcəsi ilə bitirib. == Fəaliyyəti == O, 1990–1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995–1997-ci illərdə İsveçin Malmo şəhərində "Malmo" festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində həmçinin, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, eyni ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul – Ankara şəhərlərində konsert proqramları ilə çıxış etmişdir. 2001–2002-ci illərdə "Bakı – Tiflis – Ceyhan" neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002–2003-cü illərdə Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2006-cı ildə Naxçıvanda "Dövlət müstəqilliyi günü" ilə əlaqədar qastrol səfərlərində olub. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Digər lüğətlərdə