1. bax gəzinmək 1-ci mənada. Dəhlizdə gəzişmək.
– Mirzağa … klubun böyükcə foyesində ağır addımlarla gəzişirdi.
Şəhərin məşhur taciri Hacı Xuduş otaqda o tərəf-bu tərəfə gəzişir.
2. f. Açıq havada istirahət və ya vaxt keçirmək məqsədilə gəzmək; gəzinmək. Bağda gəzişmək. Parkda gəzişmək.
– Yay fəslində, bir gün axşam çağında; Gəzişirdim Qız qalası dağında.
Gəzişək qolqola sahil boyunca; Gəl-gəl Xəzərimin qırağına, gəl!
[Yaşar] ayağa durub gəzişsə idi, bəlkə bir qədər qızışardı.