1. Açıq havada əylənmək və istirahət etmək üçün miniklə, ya ayaqla yaxın yerlərə edilən səyahət; gəzişmə, seyr. Meşə gəzintisi. Axşam gəzintisi. Səhər gəzintiyə çıxmaq.
– Günəş yuvarlanır dağlar dalına; Qaralır göllərin gəzinti yeri.
Sevindirdi uşaqları; Sahil boyu gəzintilər.
2. Açıq havada keçirilən kütləvi şənlik. Parkda gəzinti təşkil olunmuşdur. Kütləvi gəzinti.
– [İnci:] Gecə saat on ikidən sonra da parkda böyük bir gəzinti var.
[Gənclərin] gəzintisinə əsas iş sahəsinin rəis müavini mühəndis Sultan Sultanov rəhbərlik edirdi.