1. Genəltmək, eninə daha da böyütmək. Yolu genişləndirmək. Hüdudları genişləndirmək.
– Yazda güclü sel gəldiyindən çay daşmış, yatağını xeyli genişləndirmişdi.
2. Sayca artırmaq, böyütmək, daha da artırmaq, inkişaf etdirmək. Ticarəti genişləndirmək. Tibb məntəqələri şəbəkəsini genişləndirmək.
3. məc. Gücləndirmək, artırmaq.
[Əhməd istəyirdi ki] …asan bir yol ilə öz mayasını böyüdüb alverini genişləndirsin və kasıblıqda çəkdiyi əziyyətdən xilas olsun.
[Alverçilər] başqa şəhərlərə, xüsusən Orta Asiyaya gedir, … alverlərini genişləndirirdilər.
4. məc. Daha da kütləvi etmək, geniş kütləni əhatə etmək. Hərəkatı genişləndirmək.
5. məc. Artırmaq, dərinləşdirmək, daha geniş etmək. Nüfuz dairəsini genişləndirmək. Biliyini genişləndirmək. Təcrübəni genişləndirmək.