1. Addım ataraq hərəkət etmək; yerimək, addımlamaq. Asta-asta getmək. İti getmək. Piyada getmək. Yolla getmək. Yanınca getmək.
// Bir yerdən başqa yerə varmaq.
// Nəqliyyat vasitəsində hərəkət etmək. Qatarla getmək. Araba ilə getmək. Kəndə atla getmək.
// Bir yerə gedərkən birisinə yoldaşlıq etmək. Qardaşı da onunla şəhərə getdi.
// Başqa yerə varmaq üçün olduğu yerdən ayrılmaq, yola düşmək, istiqamət almaq. Xaricə getmək. Bağa getmək. Dənizə getmək.
// Eyni mənada nəqliyyat vasitələri haqqında. Qatar gecə gedir. Təyyarə saat 6-da gedir.
// Olduğu yeri tərk etmək, oradan çıxıb getmək. Evdən getmək. Şəhərdən getmək. Dərsdən getmək. İclasdan yarımçıq getmək.
2. Başqa bir yerə köçmək, yaşayış yerini dəyişmək. Yaylağa getmək.
3. Keçmək, ötmək, keçib getmək. Xiyabanla getmək.
4. dan. Özünə sənət, peşə seçmək, bir işin dalınca varmaq. Həkimliyə getmək. Müəllimliyə getmək.
5. Yolda, hərəkətdə olmaq (göndərilən şey haqqında). Təyyarə Bakıdan Daşkəndə neçə saata gedir?
6. Cərəyan etmək, vaqe olmaq, davam etmək. Sinifdə dərs gedir. Məşğələ yaxşı gedir.
7. Yaxınlaşmaq, az qalmaq.
8. Bitmək, qurtarmaq, ötmək, keçmək, sona çatmaq. Ömür getdi. Cavanlıq getdi. – Qış getdi, bahar oldu; Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə.
// Yox olmaq, əldən çıxmaq.
9. Lazım olmaq, çatmaq, sərf olunmaq. Xalata 5 metr parça gedir.
// Ehtiyacı ödəmək, bəs olmaq, görmək. Bu palto üç il gedər.
// Xərclənmək, sərf edilmək, işlənmək. Bu qədər pul hara getdi?
10. Tamaşaya qoyulmaq, göstərilmək. Operada nə gedir? “Azərbaycan” kinoteatrında “Koroğlu” filmi gedir.
11. Aparıb çıxarmaq (yol haqqında). Bu yol Göy gölə gedir.
12. məc. Ölmək, dünyanı tərk etmək.
13. Evlənmək, ərə getmək.
14. Bir ünvana göndərilmək, çatdırılmaq. Məktub Moskvaya gedəcək.
15. məc. Rəvac olmaq, satılmaq. Mal yaxşı gedir.
16. Axmaq, cərəyan etmək (maye haqqında). Evin dalından su gedirdi.
17. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: fikrə getmək, xəyala getmək, rəngi getmək, əldən getmək.
◊ Getsin gəlməsin – təkrar olunması arzu edilməyən hadisə və ya bir iş haqqında söylənir. Ağır günlər getsin gəlməsin. – [Kəblə Məhəmməd:] Ay usta, o illər getsin gəlməsin! Yadıma salma.
Az getdi, üz getdi, dərə, təpə düz getdi… – Azərbaycan nağıllarında “çox getmək” mənasında işlədilir. get-gedə bax getdikcə.