GEYİNDİRMƏK

f.
1. Birinin əyninə paltar geydirmək yaxud paltarı geyməyə kömək etmək.
Pişxidmətlər … şüru etdilər… Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geyindirməyə. M.F.Axundzadə.
[Gəlini] yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-allah ilə aparırlar. Ü.Hacıbəyov.

2. məc. Örtmək, sarmaq, çulğalamaq.
Ağ örtüyə büründürür aləmi; Çulğalayır, geyindirir aləmi. A.Səhhət.

◊ Don geyindirmək – bax don.
GEYİNDİRMƏ
GEYİNƏCƏK

Digər lüğətlərdə