GEYİNİB-KECİNMƏK

f. Yaxşı-yaxşı geyinmək, bəzək şeyləri taxmaq, bəzənmək.
Qız geyinib-kecinib Məlik Düçara dedi… (Nağıl).
Geyinirik-kecinirik yurdumuzun varından; Ellər açır süfrəsini öz bağının barından. S.Vurğun.
[Şahnigar xanım] geyinibkecindi, hətta Kürə suya gedəndə də özünü daş-qaşla bəzədi. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GEYİNİB-KECİNMƏK geyinib-kecinmək bax bəzənmək
GEYİNİB-KECİNMƏ
GEYİNİB-KECİNMİŞ

Digər lüğətlərdə