GİLƏNAR

is.
1. bax albalı.
Hər evin həyətində … gilənar ağacları … var. İ.Əfəndiyev.

2. məc. Qara, girdə göz haqqında.
Gilənar gözlü qız hamıya gülümsəyən gözlərini oynatdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİLƏNAR GİLƏNAR (meyvə və ağacı) Gülərüzlü qızların oydu başının tacı; Salamlayardı onu hər gilənar ağacı (M

Etimologiya

  • GİLƏNAR Fars sözüdür. “Meyvəsi nar giləsinə oxşayan” deməkdir. Bizdə “turş gilas” (albalı) mənasında işlədilir
GİLƏMEYVƏLİLƏR
GİLƏNARLIQ
OBASTAN VİKİ
Gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Adi gilənar

Digər lüğətlərdə