[Pişik siçana dedi:] Çəngəlimə indi giriftarsan; Ta ki edirsən belə rəftar sən.
□ Giriftar etmək – düçar etmək, məruz qoymaq, mübtəla etmək.
Gər səhhətə qadir olsa bimar; Dərdə özün eyləməz giriftar.
Giriftar olmaq – tutulmaq, düçar olmaq, məruz qalmaq, mübtəla olmaq. Dərdə giriftar olmaq.
– Hər halda, əvvəl binadan yazıq taybuynuz öküzün günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur.
Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu.
Biçarə [Zeynal] cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Çəmənzəminli; // eyni mənada “eşqə” sözü ilə – aşiq olmaq, vurulmaq.
Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar.
Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən.