[Fəxrəddin:] Onun [Qətibənin] gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı?
[Ələmdar:] [Məşədi] qırsaqqız oğlu qır-saqqız, elə bil o gorbagor Hacı Abtalıbın özüdür ki, qəbirdən xortduyub…
◊ Gorbagor etmək – ölmüş bir adamı rüsvay etmək, təhqir etmək, dalınca söymək.
Birisi Hacı Manafdır, özü Üryan oğlu; Gör mən indi edərəm gorbagor ol üryanı.
Gorbagor olmaq – ölmək, gəbərmək (söyüş kimi işlənir).
[Səfər:] Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan mənə bir zərər yoxdur.