GUN
GUNAGUN
OBASTAN VİKİ
Gunaz tv
Günaz TV — mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən Azərbaycan dilində fəaliyyət göstərən televiziya kanalı. 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. 2005-ci ilin may ayından canlı yayıma başlamışdır. == Haqqında == Günaz TV və ya Güney Azərbaycan Televiziyası müstəqil kütləvi informasiya vasitəsidir və 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən yayımlanır. Televiziya heç bir qrup və ya təşkilata bağlı deyil, Beynəlxalq İnsan Haqları, Bəyannamələr və Konvensiyalar əsasında fəaliyyət göstərir. Telekanalın öz fəaliyətində rəhbər tutduğu İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir: GünAz TV 24 saat müxtəlif peyklər vasitəsilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiyaya müxtəlif proqramlar yayımlayır. Televiziyanın verilişlərini istənilən vaxt rəsmi saytlarından canlı izləmək mümkündür. === Prinsipləri === İnsan hüquqları və demokratiyaya inanaraq bu istiqamətdə olan öhdəliklərə əməl etmək; Mənəvi-Əxlaqi dəyərlərə sadiq qalmaq; Fikir ayrılığına önəm vermək; İnformasiyanın azad dövriyyəsinin təmin edilməsi; İrqçilik, ayrı-seçkilik və qeyri-bərabərliklə mübarizə; Millətlərin hüquq bərabərliyinin təmini uğrunda fəaliyyət göstərmək; Sülhsevər olmaq, zorakılığın dayandırılması və məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inanmaq. === Hədəfləri === İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşı dinc və mədəni fəaliyyət; Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımı və dil asimilasyonuna qarşı mübarizə aparmaq; İran İslam Cümhuriyyəti hökuməti senzura, yalan və kütləvi informasiya vasitələrinə təzyiqlərlə Azərbaycan və digər türk toplumunda informasiyanın azad dövriyyəsinə mane olduğu üçün, Güney Azərbaycan türklərini maarifləndirmək məqsədilə ədalətli informasiya yaymaq; Azərbaycan və İrandakı digər türk bölgələrində demokratiya, insan hüquqları, söz və əqidə azadlığını inkişaf etdirmək məqsədilə prosesi təhlil etmək və informasiya çatdırmaq.

Digər lüğətlərdə