1. Gözləri yumulu, gözləri bağlı. Gözüyumulu xəstə.
– [Bahar:] Yaxşı, bəs gözüyumulu oturum?
2. məc. Kor-koruna, düşünmədən, heç bir şeydən xəbərsiz.
[Ağabəyim:] Kiri, ay dayə, bəxtinin qədrini bilməmisən, dünyaya gözüyumulu gəlib, gözüyumulu da gedəcəksən!…
Məşədi Heydər qardaşı kimi Səməd dayıya ürəkdən inanıb, dalınca gözüyumulu gedənlərdən idi.
3. məc. Heç bir çətinlik çəkmədən, çox asanca, asanlıqla. Məsələni gözüyumulu həll etmək.