1. is. Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap.
[Otaqda] arasıra məxmər, üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edərdi.
2. sif. Həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş. Güləbətin daraqqabı. Güləbətin araqçın.
– Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir.
3. sif. məc. Sarı, sarı-qızılı. Güləbətin saç.