Azərbaycan dilinin dialektoloji lüğəti.

  • GÖBƏX’

    (Təbriz) tayfa. – Qaçabəyli göbəyi indi təxtəqapı olupdi

    Tam oxu »
  • GÖBƏLƏX’

    (Zəngilan) böyrək. – Həkimlər de:r ki, göbələyində daş var

    Tam oxu »
  • GÖBƏR

    (Oğuz) bax köbər

    Tam oxu »
  • GÖBƏRƏX’

    (Cəbrayıl) bax göbələx’

    Tam oxu »
  • GÖD

    (Şuşa) bax god

    Tam oxu »
  • GÖDƏ

    (Bakı) 1. qarın 2. mədə

    Tam oxu »
  • GÖDƏX’ÇƏ

    (Basarkeçər, Tovuz, Zəngilan) bax gödəkcə. – Elə gödəx’cə də gərix’ kimi olur, arvatdar geyir onu (Basarkeçər)

    Tam oxu »
  • GÖDƏKCƏ

    (Kürdəmir) qolsuz sırıqlı (qadın üçün)

    Tam oxu »
  • GÖDƏKDÜLÜS

    (Qazax) çoxbilmiş

    Tam oxu »
  • GÖDƏLBƏ

    (Bakı, Salyan, Yardımlı) 1. çoxyeyən, qarınqulu (Bakı) 2. tamahkar (Salyan). – Nurılla yaman gödəlbə adamdı (Salyan); – Bı uşağ çox gödəllədi (Yardıml

    Tam oxu »
  • GÖDƏN

    (Ağdam, Bakı, Bolnisi, Mingəçevir, Şəmkir, Tovuz) bax gödə. – O boyda yiməyi gödəninə hancarı sığışdırdın (Tovuz)

    Tam oxu »
  • GÖDƏNBAĞIRSAX

    (Şəmkir, Tovuz) düz bağırsaq. – Gödənbağırsağı itdərə tulla, tişdərni dəyişsinnər

    Tam oxu »
  • GÖDƏNBAĞIRSIX

    (Füzuli) bax gödənbağırsax. – Bağırsıx cürbəcürdü: şirin bağırsıx, ajı bağırsıx, gödənbağırsıx

    Tam oxu »
  • GÖDƏNBIL

    (Kürdəmir) bax gödəlbə

    Tam oxu »
  • GÖDƏNBOĞAZ

    (Xanlar) bax göbəlbə

    Tam oxu »
  • GÖDƏNBUCAX

    (Qazax) bax gödəlbə

    Tam oxu »
  • GÖDMƏK

    (Qax) kiçik kötük

    Tam oxu »
  • GÖDUL

    (Quba) çox işlənməkdən gödəlmiş, kiçilmiş alət

    Tam oxu »
  • GÖDÜL

    (Qax) yağda bişirilən xəmir xörəklərindən birinin adı

    Tam oxu »
  • GÖDÜŞ

    (Cəlilabad, Lənkəran) bax qoduş. – Gödüşin içində bi az do:ğa var (Cəlilabad)

    Tam oxu »
  • GÖƏBAXAN

    (Ağdərə) körpə quzu saxlanılan yer

    Tam oxu »
  • GÖƏBƏRC

    (Cəlilabad) faizlə, müamilə ilə verilən borc. – Göəbərc, yanı ki, bi pıta pıt yarım borc vereydün

    Tam oxu »
  • GÖƏRİ

    (Xanlar) gömgöy

    Tam oxu »
  • GÖƏRTMƏ

    (Zəngilan) göyöskürək

    Tam oxu »
  • GÖƏZƏ

    (Başkeçid, Borçalı) xəsis. – Göəzə öz malın yiməz (Başkeçid)

    Tam oxu »
  • GÖƏZƏLİX’

    (Goranboy) acgözlük ◊ Göəzəlix’ eləməx’ – acgözlük etmək. – Ay oğul, göəzəlix’ eləmə, az yi, səni incidər

    Tam oxu »
  • GÖGEYİN

    (Kürdəmir) acgöz, tamahkar. – Yamanca gögeyin adamsan (Cəlilabad)

    Tam oxu »
  • GÖGƏNDAZ

    (Kürdəmir) göyümtül. – Nemissərin gögəndaz mahuddan paltarı olurdu

    Tam oxu »
  • GÖGƏVAR

    (Quba) göyərti. – Həyitdə xeylağ gögəvar əkmişəm

    Tam oxu »
  • GÖGİ

    (Qax) qarğıdalı xingalı. – Gögi çox şirin oliy

    Tam oxu »
  • GÖGÖ:ÜN

    (Salyan) bax gögeyin. – Gögö: ün adam hər nə olsa yiyər

    Tam oxu »
  • GÖGÜR

    (Qazax) kəfgir

    Tam oxu »
  • GÖHƏRİ

    (Qubadlı) armud növü. – Göhəri yayda yetişən armutdu

    Tam oxu »
  • GÖLƏS

    (Qax) əvəlik. – Elə göləsi aş isdiyam <istəyirəm>

    Tam oxu »
  • GÖLƏŞ

    (Ordubad, Şərur) göl. – Bıralar dərya olub, göləş olub (Şərur)

    Tam oxu »
  • GÖLÜX’

    (Şahbuz) daxma. – Gölüx’də özümüz yatırıx

    Tam oxu »
  • GÖMBƏ

    (Dərbənd) 1. məc. kök 2. kətə

    Tam oxu »
  • GÖMBƏLƏMGÖY

    (Ağcabədi) gömgöy. – Yorğanın üzünə gömbələmgöy çit çəx’dim

    Tam oxu »
  • GÖMƏŞİMƏX’

    (Gədəbəy) soyuqdan donmaq. – Ağız, vallah ələ:ğım elə göməşi:f ki, tutduğumu da bilmirəm

    Tam oxu »
  • GÖMĞUL

    (Cənubi Azərbaycan) bax gombul

    Tam oxu »
  • GÖMÜ

    (Kəlbəcər) dirək basdırmaq üçün qazılmış çala. – Gömü qazıf basdıreylər dirəyi

    Tam oxu »
  • GÖ:N

    (Ucar) bax göyö:ün

    Tam oxu »
  • GÖNCƏ

    (Şərur) cöngə

    Tam oxu »
  • GÖNTÖY-GÖNTÖY

    (Gədəbəy) tərstərs. – Nə: maηa göntöy-göntöy baxersaη; – Göntöy-göntöy danışma:η

    Tam oxu »
  • GÖNÜG

    (Şamaxı) görməmiş. – Gönüg adamdı, ona nə deyim

    Tam oxu »
  • GÖÖD

    (Qax) zibil

    Tam oxu »
  • GÖÖDDUX

    (Qax) zibillik. – Gööddux qaya başındadı

    Tam oxu »
  • GÖRBƏX’

    (Böyük Qarakilsə) bax göbələx’

    Tam oxu »
  • GÖRƏLİ

    (Borçalı, Qazax) nişanlı oğlan və qızın valideynlərinin bir-birilərinə apardıqları sovqat

    Tam oxu »
  • GÖRƏNƏ

    (Telavi) tələ

    Tam oxu »