HÜSEYNAĞA

cənab Hüseyn (İmam Hüseynə işarədir).
HÜSEYN
HÜSEYNALI
OBASTAN VİKİ
Hüseynağa Atakişiyev
Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (8 sentyabr 1949, Bakı – 9 aprel 2006, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982). == Həyatı == Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda Çəmbərəkənd məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Atası Ağahüseyn Atakişiyev sürücü, anası İranida Atakişiyeva evdar xanım idi. Üç uşaqlı ailənin (bir qız, iki oğul) böyük oğlu olan Hüseynağa Atakişiyev altı yaşında olarkən anasını itirir. Anasının ölümündən sarsılan aktyor evdən qaçır, yalnız bir neçə gün sonra onu tapmaq mümkün olur. Hüseynağa Atakişiyev yoxsul ailədə böyüdüyü üçün 12–13 yaşlarından işləməyə məcbur olmuşdur. Lakin təhsilini yarımçıq qoymamış, orta təhsilini başa vurduqdan sonra M. Əliyev adına İncəsənət İnstitutuna qəbul olmuşdur. Burada 4 il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir. == Fəaliyyəti == Hüseynağa Atakişiyev 1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla birlikdə Şəkiyə gedir. O, Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır.
Hüseynağa Baliev
Hüseynağa Salman oğlu Baliev (22 dekabr 1987; Salyan, Azərbaycan SSR — 8 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynağa Baliev 1987-ci il dekabrın 22-də Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Hüseynağa Baliev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseynağa Baliev oktyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseynağa Balıyev
Hüseynağa Hacıbababəyov
Hüseynağa Sultan oğlu Hacıbababəyov (7 (19) may 1898, Şamaxı – 10 noyabr 1972, Bakı) — opera müğənnisi (lirik tenor). Azərbaycanın xalq artisti (1938). == Həyatı == Hüseynağa Hacıbababəyov 1898-ci il may ayının 19-da Şamaxıda anadan olmuşdur. Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya köçmüşdür. Hüseynağa burada əvvəlcə "Alekseyski" məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır. 1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir. Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Qəribin anasının ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Gülzarın ("Şah İsmayıl", Müslüm Maqomayev) partiyalarını ifa etmişdir. 1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərmişdir: Çar Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko", Nikolay Rimski-Korsakov), Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad", "Arşın mal alan", "Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli), Lenski ("Yevgeni Onegin", Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini). Milli opera sənətinin nümayəndəsi, müğənni Hüseynağa Hacıbababəyov 1972-ci il noyabr ayının 10-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Hüseynağa Hadiyev
Hüseynağa Məmməd oğlu Hadıyev (19 noyabr 1946 – 12 yanvar 1994) — 1970–1980-ci illərdə populyar olan Azərbaycan müğənnisi. == Həyatı == Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi. Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər. Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı.
Hüseynağa Hadıyev

Hüseynağa Sadıqov
Hüseynağa Ələsgər oğlu Sadıqov — Azərbaycan aktyoru. Hüseynağa Musa oğlu Sadıqov — Azərbaycan SSR və Azərbaycan Respublikası Xarici İşlər Naziri (23.I.1988 - 29.V.1992).
Hüseynağa Əlixanov
Hüseynağa Sadıqov (aktyor)
Hüseynağa Ələsgər oğlu Sadıqov (21 mart 1914, Bakı – 23 fevral 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1979). == Həyatı == Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb. GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli). Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. == Xatirəsi == 2019-cu ilin martında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunmuşdur. 2024-cü ildə aktyorun 110 illik yubileyi Azərbaycan Dövlət Film Fondunda qeyd olunmuşdur. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyul 1956 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979 Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 ("Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə) "Qırmızı Ulduz" ordeni — 8 mart 1945 "İgidliyə görə" medalı — 16 sentyabr 1944 "Qafqazın müdafiəsinə görə" medalı — 1 may 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azəri, L. Səhnədə gülüş — efirdə hikmət: [Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir] //Mədəniyyət.- 2014.- 23 may.- S. 5.
Hüseynağa Sadıqov (diplomat)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Hüseynağa Sadıqov (siyasətçi)

Leyla Məmmədbəyova (Hüseynağa qızı)
Leyla Hüseynağa qızı Məmmədbəyova (d. 12 may 1922 - ö. 23 may 2006) — Azərbaycanın məşhur patomorfoloq alimi, Azərbaycanın Əməkdar Elm Xadimi, Tibb emləri doktoru, professor. == Həyatı == Leyla Hüseynağa qızı Məmmədbəyova Qubada anadan olmuşdur. 1963-cü ildən Elmi Tədqiqat Eksperimental və Klinik Tibb İnstitutunun patomorfologiya laboratoriyasında müdir işləyib. Tədqiqatları əsasən ürək damar sisteminin patologiyasına həsr edilib. Akademik İvan Şirokoqorovun Azərbaycanda patoloji anatomiya elminin inkişafında özünəməxsus yeri olan istedadlı tələbələrindən biri də professor Leyla xanım Hüseynağa qızı Məmmədbəyova (1922-2006) olmuşdur. O, 1947-1963-cü illərdə patoloji anatomiya kafedrasında çalışmış, burada namizədlik və doktorluq dissertasiyası üzərində işləmişdir. 1967-ci ildə Tibb emləri doktoru, 1970-ci ildə professor adını almışdır. Uzun illər M.A.Topçubaşov adına Respublika Elmi Cərahlıq mərkəzinin patomorfologiya laboratoriyasının müdiri vəzifəsində işləmişdir.