HƏRƏKƏTSİZ

sif.
1. Hərəkət etməyən, tərpənməz halda olan, qımıldanmayan.
Yayın orta aylarında gün otları yandırır; Hərəkətsiz o təbiət məzarlığı andırır. S.Vurğun.
İşıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə əcaib kölgələr oynaşır, … sonra yenə donub qayaya dönürdü. M.Rzaquluzadə.

// Zərf mənasında. Xəstə hərəkətsiz uzanmışdı.
– Rüstəmbəy otağına girdikdə lampanı yandırmadı, … otağın ortasında hərəkətsiz durdu. Çəmənzəminli.
Ceyran xanım əli qoynunda, hərəkətsiz dayanaraq baxırdı. M.Hüseyn.

2. məc. Ağır, ağırtərpənən, ləng.
…Turac da kol topasında; hərəkətsiz qalıb. R.Rza.
Benzin olmazsa bizim divlərimiz; Qalacaqdır hərəkətsiz, səssiz. M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏRƏKƏTSİZ ölüvay — süst
  • HƏRƏKƏTSİZ durğun — ləng — ağır
  • HƏRƏKƏTSİZ fəaliyyətsiz
HƏRƏKƏTÖTÜRÜCÜ
HƏRƏKƏTSİZLİK

Digər lüğətlərdə