HAMARLAMAQ

f.
1. Yerin və ya bir şeyin səthini hamar hala salmaq, hamar, düz etmək, düzləndirmək. Taxtanı rəndə ilə hamarlamaq.
– Dənizin şıltaq ləpələri … qumu təzədən hamarlayırdı. H.Seyidbəyli.
Əhməd … uzun qəlyanı … kisənin içinə salıb xeyli eşələdi, gözəyarı tütünlə dolduğunu müəyyən edib çıxartdı.
Baş barmağı ilə basıb hamarladı. İ.Şıxlı.

2. Qarışmış, qırışmış bir şeyi düzəltmək, səliqəyə salmaq. Saqqalını hamarlamaq.
– Qaraşa baxmadan [Salman] yaxasını hamarladı, özünü düzəltdi… M.İbrahimov.
Zöhrə gah mis sənəyin ora-burasını silir, gah da sənəyin qulpuna bağlanmış çatının qotazlarını hamarlayırdı… Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAMARLAMAQ düzəltmək — yonmaq
  • HAMARLAMAQ tumarlamaq — sığallamaq

Antonimlər (əks mənalı sözlər)

  • HAMARLAMAQ HAMARLAMAQ – YASTILAMAQ Baş barmağı ilə basıb hamarladı (İ.Şıxlı); Yəni dəmiri qızğın ikən yastıla (S
HAMARLAMA
HAMARLANMA

Digər lüğətlərdə

выгова́ривать клеева́рня маги́стерствовать ма́нты пролёживаться санови́то саранчу́к смы́тый тулу́пишко эндометри́т энзи́мный эрзя́не я́сень ахи́ллов аэра́ция переэкзамено́вываться почива́ть у́молк чужой can-opener chalky cloud-topped Croation insulate unamusing