1. is. Hazırcavab adamın hal və keyfiyyəti; hazırcavab olma, söz altında qalmama. Onun hazırcavablığı hamını valeh edir.
– [Mədinənin] mehribanlığı, zarafatı, qonaqsevərliyi, hazırcavablığı Vaqifi məftun edirdi.
Qızın bu hazırcavablığı Aslanı sevindirdi.
2. Hazırcavablıqla şəklində zərf – birinin sözünə və ya sualına dərhal münasib cavab verərək, söz altında qalmayaraq.
Sirat bu sualı gözləyirmiş kimi, hazırcavablıqla, bir az da ötkəm dedi…
Sənubər çətin sualın cavabını asanlıqla tapmış adamların özündənrazı ədası ilə sakitcə, hazırcavablıqla … [dedi]