HAZIRCAVABLIQ


1. is. Hazırcavab adamın hal və keyfiyyəti; hazırcavab olma, söz altında qalmama. Onun hazırcavablığı hamını valeh edir.
[Mədinənin] mehribanlığı, zarafatı, qonaqsevərliyi, hazırcavablığı Vaqifi məftun edirdi. Çəmənzəminli.
Qızın bu hazırcavablığı Aslanı sevindirdi. S.Vəliyev.

2. Hazırcavablıqla şəklində zərf – birinin sözünə və ya sualına dərhal münasib cavab verərək, söz altında qalmayaraq.
Sirat bu sualı gözləyirmiş kimi, hazırcavablıqla, bir az da ötkəm dedi… Ə.Əbülhəsən.
Sənubər çətin sualın cavabını asanlıqla tapmış adamların özündənrazı ədası ilə sakitcə, hazırcavablıqla … [dedi] B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAZIRCAVABLIQ ağıllılıq
  • HAZIRCAVABLIQ zirəklik — diribaşlıq — fərasətli — ustalıq
  • HAZIRCAVABLIQ məzəlilik
HAZIRCAVAB
HAZIRKI

Digər lüğətlərdə