HESABDAR

is. [ ər. hesab və fars. …dar] Hesabdarlıq işçisi, mütəxəssisi.
[Fərhad] bir il, iki il hesabdar, ferma müdiri, mühasib olmuşdu. M.İbrahimov.
Qələndərov əvvəllər Xaçbulaqda qoyunçuluq fermasında hesabdar idi. Mir Cəlal.

// köhn. Mühasib.
[Qədir] hesabdara da söylədi ki, [Nəsirə] ayda qırx manat hesabı ilə maaş yazsın. S.Hüseyn.
…Orada mənim maaşımın ayda on tümən artırılması üçün hesabdara əmr verilmişdi… M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HESABDAR hesabdar bax mühasib

Etimologiya

  • HESABDAR Hesab ərəbcədir, -dar isə farsca daştən (malik olmaq) feilinin əsasıdır, “hesablayan” (hesabçı) mənasında işlədilir
HESABCIL
HESABDARLIQ

Digər lüğətlərdə