HESABLAŞMAQ

qarş.
1. Çatası, çatmalı pulu tamamilə verərək və ya alaraq haqqhesabı qurtarmaq.
– Bahadır ev yiyəsi ilə hesablaşıb, şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. N.Nərimanov.

2. məc. Qisas almaq, əvəzini çıxmaq. [Dəli Alı:] Sizi soyanlardan bircəciyinin nişanını yadınızda saxlayın, mənə deyin.
Onları tapıb, özüm hesablaşaram. Aşıq Ələsgər”.

3. məc. Saymaq, saya salmaq, sayğı göstərmək, nəzərə almaq. Adamla hesablaşmaq lazımdır. O heç kəslə hesablaşmır.
[Atam:] Köhnələrin də rəyi ilə bir az hesablaşmalıdır. Çəmənzəminli.
[Zeynal] istəyirdi ki, hər kəs onunla hesablaşsın. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HESABLAŞMAQ cəzalandırmaq
  • HESABLAŞMAQ üzülüşmək — çürütmək
  • HESABLAŞMAQ 1. HESABLAŞMAQ, HAQQ-HESABI QURTARMAQ 2. hesablaşmaq bax qisas almaq 3. hesablaşmaq bax saymaq 2
HESABLAŞMA
HESABLAYICI

Digər lüğətlərdə