1. Yoxluq, fanilik, ədəm, mövcud olmama (varlıq ziddi).
Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgətək.
[Məhəmməd:] Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın.
// Məc. mənada.
Buludlar yığışır üstümə lay-lay; İçimdə bir boşluq, heçlik duyuram.
// məc. Fəza, boşluq.
Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində.
Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə.
2. məc. Mənasızlıq, boşluq, naçizlik, miskinlik.
Sadıq da, Xəlil də “danabaşlıların” həyatının bütün heçliyini, mənasızlığını görür və dərk edir.