Hipermətn

ənənəvi yazı mətnindən fərqlənir. Bu anlayış kompüterlərin işi ilə əlaqədar yaranmışdır. Hipermətnin tərifi saytda (“Elektron labirint”) yerləşdirilib: “Hipermətn informasiya təqdimidir. O müəlliflər çoxluğunu, müəllif və oxucu funksiyalarının silinməsini, qeyri-dəqiq sərhədlərlə iş və oxu yollarının çoxluğunu mümkün edir. Hipermətnin klassik nümunəsi Bibliyadır.
Hərfi tərcümə
Hipertekstuallıq
OBASTAN VİKİ
Hipermətn
Hipermətn (ing. hypertext) – verilmiş mövzuların mətn massivlərində axtarışını təmin edən texnologiya. Axtarış, mətnə hipermətn istinadları (HYPERLİNK, LİNKS) adlanan xüsusi göstəricilərin daxil edilməsi yoluyla təmin edilir. İstinad, sənəddə seçdirilmiş elə söz və ya cümlədir ki, o, həmin sənədin başqa bir hissəsinə, yaxud başqa bir sənədə keçid yaradır və onu ekrana çıxardır. İstinadlar həm hipermətn sənədinin müəllifi, həm də istifadəçi tərəfindən qurula bilər və onlar ekranda, adətən, altcizgi, yaxud rənglə seçdirilir. Hipermətn termini 1965-ci ildə Amerika sosioloqu və filosofu Ted Nelson tərəfindən daxil edilib. Sonradan yaranan "hipermedia" termini ona mənaca yaxındır, lakin o, hipermətndə animasiya, səs və video kimi mətn olmayan komponentlərin də olmasını bildirir. == Geri bağlantılar == Sayta aparan saytlardakı bağlantılar əksər axtarış motorları üçün ən vacib sıralama amildir. Buna görə, onlar qəbul edilən üzvi trafikin miqdarına təsir göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Digər lüğətlərdə