1. Hiddətli, acıqlı, qəzəbli, hirslənmiş. Hirsli kişi.
– [Məşədi Qəzənfər:] Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır?
[Mahmud] hirsli arvaddan əvvəlcə qorxdu.
// zərf Hirsli-hirsli. Hirsli danışmaq. Hirsli cavab vermək.
– Nazir yerindən durmayıb, üzünü Salmana tutub hirsli soruşdu…
Övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: – A kişi, sən olasan Allah, bu kitabları və kağızları tulla cəhənnəmə.
// Hirs, acıq, qəzəb ifadə edən; qəzəbli, acıqlı. Hirsli nəzər. Hirsli görkəm.
– Geniş açılmış qırpımsız, hirsli gözləri gördükdə [arvada] elə gəldi ki, kişi heç bir an da yatmayıb.
2. məc. Şiddətli, kəskin, coşqun. Hirsli hava.
Hirsli dəniz. – Axşamdan bəridir könlümdə yenə; Hirsli fırtınalar, qasırğalar var.