HİRSLİ

sif.
1. Hiddətli, acıqlı, qəzəbli, hirslənmiş. Hirsli kişi.
[Məşədi Qəzənfər:] Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? Ü.Hacıbəyov.
[Mahmud] hirsli arvaddan əvvəlcə qorxdu. Ə.Əbülhəsən.

// zərf Hirsli-hirsli. Hirsli danışmaq. Hirsli cavab vermək.
– Nazir yerindən durmayıb, üzünü Salmana tutub hirsli soruşdu… Ə.Haqverdiyev.
Övrət hirsli girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: – A kişi, sən olasan Allah, bu kitabları və kağızları tulla cəhənnəmə. C.Məmmədquluzadə.

// Hirs, acıq, qəzəb ifadə edən; qəzəbli, acıqlı. Hirsli nəzər. Hirsli görkəm.
– Geniş açılmış qırpımsız, hirsli gözləri gördükdə [arvada] elə gəldi ki, kişi heç bir an da yatmayıb. İ.Hüseynov.

2. məc. Şiddətli, kəskin, coşqun. Hirsli hava.
Hirsli dəniz. – Axşamdan bəridir könlümdə yenə; Hirsli fırtınalar, qasırğalar var. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HİRSLİ hirsli bax hiddətli
  • HİRSLİ acıqlı — əsəbi — qeyzli — kinli — tündməzac

Antonimlər (əks mənalı sözlər)

  • HİRSLİ HİRSLİ – SAKİT A kişi, sən nə hirsli adammışsan (Ə.Haqverdiyev); Neçin belə sakit oturmuşam mən? (B.Vahabzadə)
HİRSLƏNMƏK
HİRSLİ-HİRSLİ

Digər lüğətlərdə

меблирова́ть несваре́ние очище́ние расщёлкнуть сожи́тельствовать уголёчек го́льфы киносеа́нс недовы́работать рассупо́нивать глыба кимвал тенето diastyle historico- pinta sightly гульден заматываться массовик наклад падуб падчерица строка универсам