HƏVƏ-CÜVƏ

(Bakı)
dərman bitkisi adı
HƏVƏ
HƏVƏDİŞ
OBASTAN VİKİ
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Korarx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.