HƏVƏNG

is. Müxtəlif bərk maddələri döyüb toz halına gətirmək üçün bürünc, saxsı, dəmir və s.-dən düzəldilmiş qab və dəstəkdən ibarət alət. Saxsı həvəng. Süxurları həvəngdəstədə döymək.
[Mirzə Qoşunəli:] …Xoruz birinci dəfə banladıqda dərmanları həvəngə töküb döyməyə başlayacağam. Ə.Haqverdiyev.
Nisəbəyim … həvəngdəstədə döyülmüş otların-çiçəklərin suyundan … məlhəm hazırladı. B.Bayramov.

HƏVƏLƏNMƏK
HƏVƏNGDƏSTƏ
OBASTAN VİKİ
Həvəngdəstə
Həvəngdəstə — əsasan ədviyyat (hil, mixək, istiot, zəncəfil və s.) əzmək üçün istifadə olunan mətbəx ləvazimatı. Şərq, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Daş həvəngdəstələr neolit dövründən məlumdur. Keçmişdə həm həvəng, həm də onun dəstəsi arxeoloji qazıntılar zamanı ayrı-ayrı dövrlərə aid müxtəlif həvəngdəstə nümayəndələri tapılmışdır.

Digər lüğətlərdə