ISLAMIC
ISLANDER
OBASTAN VİKİ
İsland dili
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. == Sinifləndirmə == İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
Azərbaycan-İslandiya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–İslandiya futbol matçları
== Kişilər ==
Azərbaycan–İslandiya münasibətləri
Azərbaycan–İslandiya münasibətləri — Azərbaycan Respublikası ilə İslandiya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1998-ci ilin fevral ayının 27-də qurulmuşdur.
Danimarka-İslandiya Birləşmə Aktı
Danimarka-İslandiya Birləşmə Aktı — 1 dekabr 1918-ci ildə Danimarka və İslandiya Altinqi arasında imzalanmış akt. Bu akt sayəsində Danimarka kralı X Kristian həm də İslandiya kralı olurdu, xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu. Akt tərəflərə şərtlər dəyişərsə aktdan çəkilmək imkanı verirdi. Bunun sayəsində İslandiya krallığı 1944-cü ildə ləğv olunmuşdu.
Geum rivale subsp. islandicum
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
İslandca
İsland dili (isl. íslenska; [ˈis.tl̥ɛn.ska] dinlə) — Şimali German dillərindən biri; İslandiyanın rəsmi dili. İsland dilinə ən yaxın olan dillər, Farer adalarında yerli əhali tərəfindən danışılan Farer dili və Norveçin qərbində danışlan Soqnamal ləhcəsidir. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşməsi nəticəsində, island dili ciddi dəyişikliklərə məruz qalmamışdır. Bu səbəbdən island dilində digər dillərdən az sayda söz keçmişdir. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasdır. Orta əsrlərə aid saqalar bu gün islandlar tərəfindən rahat şəkildə oxunur və məna başa düşülür. == Sinifləndirmə == İsland dili Hind-Avropa dillərinin German dilləri bölməsinin Şimali German dilləri qoluna daxildir. İsland dilinə ən yaxın dil Farer dili hesab olunur. Skandinaviyada əhalinin böyük bir qismi tərəfindən istifadə olunan Norveç dili və İsveç dili ilə İsland dilinin yaxınlığı azdır.
İslandiya
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandiya milli basketbol komandası
İslandiyanın kişilərdən ibarət milli basketbol komandası — İslandiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. İslandiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Kreyq Pedersendir. İslandiya Basketbol Federasiyası 1959-cu ildən FİBA-nın üzvüdür. İslandiya yığma komandası ilk dəfə 2015-ci ildə basketbol üzrə Avropa çempionatında iştirak etmiş, heç bir qələbə qazanmamış, 21-ci yeri tutmuşdur.
İslandiya milli futbol komandası
İslandiya milli futbol komandası — İslandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. == Tarixi == İslandiya millisi 1930-cu ildə yoldaşlıq oyunu çərçivəsində Farer adalarını 1–0 hesabı ilə məğlub edib. İlk rəsmi oyunlarında Danimarkaya 3 cavabsız qol vurublar. 1985-ci ildə Farer Adaları ilə oyunda ən böyük qələbələrini qazanıblar 9–0. Rəngləri göy ağ qırmızı. Ölkə üzrə 5 rəsmi futbol çempionatı keçirilir. Ölkə Kuboku, əsas liqa, 1–2 və üçüncü dizionlar. Əsas liqa daxil olmaqla 1-ci 2-ci divizionda 12, 3-cü divizionda isə 10 klub çıxış edir. Ölkədə 73 futbol klubu var. İslandiyanın futbol üzrə milli komandası 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına gedəcəkdi, amma qapııdan geri döndü.
İslandiya prezidentlərinin siyahısı
İslandiya Prezidenti — 1944-cü ildə Danimarkadan müstəqilliyini qazanan İslandiyanın, dövlət başçısı. İslandiya Prezidenti, İslandiya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. İslandiya Prezidenti vəzifəyə, İslandiya Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2016-cı ilin 1 avqust tarixində vəzifəni, Qvyudni Youhannesson icra edir.
İslandiya qaratoyuğu
İslandiya qaratoyuğu (lat. Turdus poliocephalus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
İslandiya qumluqcası
İslandiya qumluqcası (lat. Calidris canutus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
İslandiya setrariyası
İslandiya setrariyası lat. Cetraria islandica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU A2c +3c. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallom nizamsız düzülmüş şaquli kolluqlurdan ibarətdir. Lövhəciklərin hündürlüyü 10 sm, eni 0,5-5 sm-dir, kənarları yuxarıya doğru burulub, yaşılımtıl-qəhvəyi rəngdədir, azca parıltılıdır. Tallomun hər iki tərəfi eynidir. Bəzən alt səthi az parıldayan olub, yalançı sifellərlə əhatə olunmuşdur. Lövhəciklərin kənarları kirpikciklidir, bəzən soridili və izidilidir. Apotesilər lövhəciklərin kənarlarında yerləşir, diametri 1,4 sm, tallomla eyni rəngdədir. Apotesilərin kənarları mişardillidir.
İslandiya tarixi
İslandiya Respublikasının yerləşdiyi eyni adlı adanın tarixinə verilən ümumi ad. İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş vermişdir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam asılı vəziyyətə düşür. İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, Norveç və Danimarka arasında üçtərəfli uniya imzalanır. 1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununla da İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır. Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirmişdir. Kilsə tərəfindən keçirilən islahatlar yerli əhalinin kəskin etirazı ilə qarşılandı.
İslandiya şpatı
İslandiya şpatı — kalsitin şəffaf, rəngsiz, yaxud açıq sarı, çəhrayı, limonu, abı və b. rəngli növ müxtəlifliyi. Bazalt (trapp), yaxud əhəngdaşlarındakı qeyri-şəffaf kalsit və ya kalsit seolitlərdən ibarət olan damar və yuvacıqlarda rast gəlinir. İslandiya şpatı əmələ gəlməsi hidrotermal məhlulların fəaliyyəti ilə əlaqədardır. Müxtəlif cihazların (mikroskop, saxarimetr, polyarimetr, spektrofotometr fototeleqraf cihazları, kinosəs və televizion aparatlar və b.), polyarizasion prizmalarının hazırlanmasında istifadə edilir. Böyük ehtiyatlı keyfiyyətli yataqları bazaltlarla əlaqədardır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
İslandiya şəhərləri
== Həmçinin bax ==
İslandiya şəhərlərinin siyahısı
== Həmçinin bax ==
İslandiyada təhsil
İslandiyada təhsil sistemi digər Skandinaviya ölkələrinin təhsil sistemi ilə oxşar olub dörd pillədən ibarətdir: məktəbəqədər, icbari, tam orta və ali təhsil. 6–16 yaşlı uşaqlar üçün təhsil icbaridir. Əksər təhsil müəssisələri dövlət büdcəsi hesabına fəaliyyət göstərir; ölkədə özəl təhsil müəssisələri olduqca azdır. İslandiya gimnaziyaların olduğu ölkələrdəndir. == Haqqında == Milli təhsil haqqında ilk qanun 1907-ci ildə qəbul olunub. İlk milli kurikulum 1926-cı ildə dərc edilib. Kurikulum mütəmadi olaraq gözdən keçirilsə də, İcbari təhsil haqqında 1974-cü il tarixli Qanun qəbul edilənədək bütövlükdə təhsil sistemində əhəmiyyətli yenilik olmamışdır. Sonuncu qeyd edilən normativ akt sağlamlıq imkanları məhdud olan bütün şagirdlərin xüsusi təhsilə cəlb edilməsini tələb edirdi. Təhsil, Elm və Mədəniyyət Nazirliyinə görə, Təhsil, Elm və Mədəniyyət Nazirliyi ölkədə təhsil sahəsində səlahiyyətli orqandır. Bir qayda olaraq, İslandiyada təhsil dövlət sektoru vasitəsilə idarə edilir; özəl təhsil müəssisələri sayca az olsa da, inkişaf etməkdə və artmaqdadır.
İslandiyadakı vulkanların siyahısı
İslandiya ərazısındəki vulkanlar qalxanvari vulkanlat tipinə aiddir. Aşağıda onların siyahısı verilmişdir.
İslandiyanın diplomatik nümayəndəliklərinin siyahısı
İslandiyanın diplomatik nümayəndəliklərinin siyahısı (isl. Sendiráð Íslands) - İslandiyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. İslandiyanın Afrikada 3, Şimali Amerikada 2, Asiyada 3 və Avropa qitəsində 12 səfirliyi yerləşir. Farer adalarında ilk konsulluq şöbəsi yaratmış dövlət İslandiyadır. Ölkənin Danimarkanın ərazisi hesab olunan Qrenlandiyanın paytaxtı Nuuk şəhərində də konsulluq şöbəsi yerləşir. Kanadanın Manitoba əyalətinin mərkəzi Vinnipeq şəhərində yerləşən konsulluq şöbəsi fəaliyyət və əhəmiyyətinə görə daha önəmli hesab olunur.
İslandiyanın iqlimi
İslandiyanın iqlimi subarktikdir (Keppenin iqlimlər təsnifatı: Cfc) cənub sahil ərazisi və dağlıq ərazidəki tundra yaxınlığındadır. Ada, Şimal Atlantik Cərəyanının yolundadır, iqlimi Şimal Qütb Dairənin cənubunda onun enliyi üçün gözləniləndən daha mülayim hala gətirir. Bu təsirə, adanın istiliyini normallaşdırmağa kömək edən Irmirger cəryanı köməkedir. İslandiyada hava şəraiti dəyişkəndir. Qütb parıtısı, qış zamanı gecələr tez-tez görünür. Qütb gündüzləri, yayda şimal sahilindəki Qrimsey adasında yaşana bilər ; ölkənin qalan hissəsi, qütb dairəsinin cənubunda yerləşdiyindən, günəş qısa bir müddət göründüyündən alaqaranlıq bir dövr yaşayır, lakin yay boyunca iki həftə fasiləsiz günəş işığı ola bilər. == Fəsillər == === Qış === Dəniz təsiri və Şimali Atlantika Gürünün isti cərəyanlarına yaxın olması səbəbiylə İslandiya qışı, eninə görə nisbətən mülayimdir. Adanın cənub istiqamətindəki ovalıqları orta hesabla 0 °C (32 °F) bərabərdir qışda, ortalama −10 °C (14 °F) ətrafındadır. Adanın şimal hissəsində ən aşağı temperatur −25 to −30 °C (−13 to −22 °F) arasında dəyişir.Ən aşağı temperatur −39.7 °C (−39.5 °F) dərəcədir. === Yay === Adanın cənub hissəsində iyul ayının orta temperaturu 10–13 °C (50–55 °F) .
İslandiyanın kişilərdən ibarət milli basketbol komandası
İslandiyanın kişilərdən ibarət milli basketbol komandası — İslandiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. İslandiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Kreyq Pedersendir. İslandiya Basketbol Federasiyası 1959-cu ildən FİBA-nın üzvüdür. İslandiya yığma komandası ilk dəfə 2015-ci ildə basketbol üzrə Avropa çempionatında iştirak etmiş, heç bir qələbə qazanmamış, 21-ci yeri tutmuşdur.
İslandlar
İslandlar (isl. Íslendingar) — əsasən İslandiyada yaşayan millət. İslandların ümumi sayı 457 min nəfərdir. Onlardan təminən 300 mini İslandiyada, 89 mini Kanadada, 50 mini ABŞ-də, 15 mini Danimarkada, 3 700 nəfər isə Norveçdə yaşayır. İsland dilində danışırlar. Dini baxımdan islandlar protestantdırlar (lüteran), buna baxmayaraq, ənənəvi inanclarını qoruyub saxlayıblar.
İslandlılar
İslandlar (isl. Íslendingar) — əsasən İslandiyada yaşayan millət. İslandların ümumi sayı 457 min nəfərdir. Onlardan təminən 300 mini İslandiyada, 89 mini Kanadada, 50 mini ABŞ-də, 15 mini Danimarkada, 3 700 nəfər isə Norveçdə yaşayır. İsland dilində danışırlar. Dini baxımdan islandlar protestantdırlar (lüteran), buna baxmayaraq, ənənəvi inanclarını qoruyub saxlayıblar.

Digər lüğətlərdə