İZABELLA

İlahi! Ay Allah!
İŞVƏLİ
İZAFƏ
OBASTAN VİKİ
İzabella
İzabella — ad. I İzabella (Kastiliya kraliçası) — Kastiliya və Leon kraliçası, Araqon kralı Ferdinandın xanımı İzabella de Luzinyan — Antioxiya şahzadəsi İzabella Çiappini — Braziliyanı təmsil edən su poloçusu. İzabella Alvares — ABŞ aktrisası. İzabella Kremer — müğənni İzabella Abezqauz — musiqişünas, sənətşünaslıq namizədi (1955).
II İzabella
II İzabella (isp. María Isabel Luisa de Borbón y Borbón-Dos Sicilias) (10 oktyabr 1830[…], Madrid – 9 aprel 1904[…], Paris) — İspaniya kraliçası. Atası İspaniya kralı VII Ferdinand, anası isə İki Siciliya kralı I Fransiskin qızı Mariya Kristinadır. Hələ 3 yaşında ikən atasının ani vəfatının ardından İspaniya kraliçası elan edildi. Ancaq onun taxta çıxması əmisi İnfant Karl İsidros tərəfindən tanınmadı və beləcə ölkədə vətəndaş müharibəsi başladı. 1833–1840-cı illərdə anası Mariya Kristinanın, növbəti 3 ildə isə ordu generalı Baldomerin naibliyi ilə ölkə idarə edildi. Bu müddət ərzində ölkədə mütləq monarxiyaya son qoyulmuş, 1834 və 1837-ci illərdə qəbul edilən qanunla konstitusiyalı monarxiyaya keçilmişdi. 1844-cü ildə hakimiyyəti ələ alan II İzabellanın səltənəti intriqalarla keçdi. Nəticədə 1868-ci ildə baş tutan inqilabla taxtdan devrildi və ailəsiylə birlikdə Fransaya qaçdı. 1870-ci ildə rəsmi olaraq taxtdan çəkildiyini elan etdi.
Kastiliyalı İzabella
Kastiliyalı İzabella (d. aft.
Kastilyalı İzabella
Kastiliyalı İzabella (d. aft.
Kiprli İzabella
İzabella de Luzinyan (fr. Isabelle de Lusignan) və ya Kiprli İzabella (təq. 1216, Kipr, Akrotiri və Dekeliya – 1264) — Antioxiya şahzadəsi, Yerusəlim krallığının regenti. == Ailəsi == İzabella Kipr kralı I Hüqo və Şampanlı Alisanın qızı idi. O, 1223-cü ildə Antioxiya şahzadəsi və Tripoli qrafı Henri de Puatye ilə evlənmişdir. Onların Hüqo adlı oğlu və Marqarita adlı qızı olmuşdur. == Regensiya == İzabella 1263-cü ildə Yerusəlim krallığının regenti olmuşdur. Öz növbəsində, Əkka şəhərində öz əri Henrini bayli təyin etmişdir. O, 1264-cü ildə oğlu Hüqo Yerusəlim krallığının baylisi olduqdan sonra Kiprə qayıtmış və orada vəfat etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades.
Koimbralı İzabella
Koimbralı İzabella (port. Isabel de Coimbra) (1 mart 1432, Portuqaliya – 2 dekabr 1455) — Portuqaliya kralı V Afonsonun ilk xanımı, Portuqaliyanın kraliça-konsortu. == Həyatı == İzabella 1432-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Conun oğlu İnfant Pyotr, anası isə Araqon kralı IV Pyotrun nəvəsi Kataloniyalı İzabelladır. Atası İnfant Pyotr azyaşlı kral V Afonsonun taxt naibi idi. Rəvayətə görə, eyni yaşda olan İzabella və kral V Afonso bir-birini çox sevirdi. Bu səbəblə 1445-ci ildə cütlük nişanlandı. Ancaq bu nişan kralla qohum olmaq istəyən ögey əmisi Braqanzalı Afonsonun etirazına səbəb oldu. Etirazlara baxmayaraq, cütlük 6 may 1447-ci ildə evləndi. Cütlüyün bu nikahdan 3 övladı dünyaya gəlsə də, ilk övladı 1 ay sonra vəfat etdi.
Portuqaliyalı İzabella
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal; 24 oktyabr 1503, Lissabon – 1 may 1539, Toledo) – Müqəddəs Roma imperatoru V Karlın xanımı və İspaniya kraliçası.
Toronlu İzabella
Toronlu İzabella (ing. Isabella of Toron; XII əsr, bilinmir – XIII əsr, bilinmir) — həmçinin İzabelle və ya Zabel kimi tanınır, Toron Lordu III Onfrua və onun arvadı Etenetta de Miyinin qızı. İzabella özlüyündə Toronun titullu xanımı idi və evliliyi ilə Ermənistanın şahzadəsi olmuşdu. İzabella iki uşağın böyüyü idi, onun kiçik qardaşı Onfrua idi. Uşaqlar hələ yetkinlik yaşına çatmayanda ataları öldü, anası isə daha üç dəfə yenidən evləndi. Analarının Şatilyonlu Reynald ilə üçüncü evliliyindən uşaqlar daha iki bacı-qardaş qazandı: gənc ölən Raymond və VI Attso d'Este ilə evlənən Alisiya. 1181-ci ilin əvvəlində Ermənistan şahzadəsi III Ruben Yerusəlimə ziyarətə getdi və orada 4 fevral 1181/1183-cü ildə Etenettanın müdaxiləsi ilə İzabella ilə evləndi. İzabellanın evliliyindən təxminən bir il sonra onun qardaşı Yerusəlimdən olan I İzabella ilə evləndi. Ruben və İzabella cəmi beş il evli qaldılar, bu müddət ərzində İzabella iki qız doğdu: Alisiya (1182–1234-cü ildən sonra), birinci əri Sasunlu Hethumun, ikinci əri Tripolili qraf IV Raymond və üçüncü əri isə Korikoslu Vahram idi. Filippa (1183–1219-cu ilə qədər), birinci əri Sasun şahənşahı, ikinci əri isə Nikea İmperatoru I Feodor Laskaris idi.
İzabella Alvares
İzabella Alvares (1 mart 2004, Kaliforniya) — ABŞ aktrisası. Əsasən "Shameless", "Westworld" "Walk the Prank" teleşouları ilə tanınır.
İzabella Farneze
Elizabet Farnesi (isp. Isabel de Farnesio; it. Elisabetta Farnese) (25 oktyabr 1692[…] – 11 iyul 1766[…]) — İspaniya kralının xanımı.
I İzabella
İzabella (erm. Զապել; 25 yanvar 1216, 25 yanvar 1217, 1212 və ya 1213, Kozan – 23 yanvar 1252, Kozan, Kilikiya Erməni Çarlığı) — həmçinin İzabel və ya Zabel kimi də tanınır, 1219-cu ildən 1252-ci ildə ölümünə qədər Erməni Kilikiya Çarlığının kraliçası. O, Bağraslı Adəmin hökmdarlığı altında kraliça elan edildi. O, öldürüldükdən sonra Baberonlu Konstantin (Hetumilər sülaləsindən) qəyyum seçildi. Bu məqamda III Rubenin nəvəsi (Zabelin atası Kral I Levonun böyük qardaşı) Raymund-Ruben Kilikiya taxtını özü üçün iddia etməyə cəhd etdi, lakin o, məğlub oldu, əsir düşdü və edam edildi. Baberonlu Konstantin tezliklə Antakya şahzadəsi IV Boemund ilə ittifaq axtarmağa istədi və o, gənc şahzadə ilə IV Boemunun oğlu Filip arasında evlilik təşkil etdi. Filip isə ermənilərin həssaslığını toxundu, hətta kral sarayını qarət edərək kral tacını Antakyaya göndərdi; buna görə də o, Sis (indiki Türkiyənin Kozan şəhəri) həbsxanasına salındı, ehtimal ki, zəhərlənərək öldürüldü. Məyus olmuş gənc Zabel Barbaronun oğlu Hethum Konstantinlə evlənmək məcburiyyətində qaldı. Uzun illər onunla yaşamaqdan imtina etsə də, sonda o, bunu qəbul etdi. Kilikiyanın iki əsas sülalə qüvvələrinin (Rubenilər və Hetumilər) nikahında aşkar birləşməsi bir əsrlik sülalə və ərazi rəqabətinə son qoydu və Hetumiləri Kilikiya Ermənistanında siyasi hökmranlığın ön sırasına gətirdi.
Kastiliyalı I İzabella
Kastiliyalı I İzabella (isp. Isabel I la Católica; 22 aprel 1451 – 26 noyabr 1504) — Kastiliya və Leon kraliçası, Araqon kralı Ferdinandın xanımı, Araqon kraliçası. Taxt uğrunda apardığı mübarizənin ardından İzabella hökumət sistemini yenidən tənzimlədi və krallığın qardaşı dönəmindən qalan borclarını azaltdı. 1469-cu ildə Ferdinandla baş tutan evliliyi bugünkü İspaniyanın yaranmasına şərait yaratdı. İzabella və Ferdinand rekonkista əməliyyatını tamamladıqları, İspaniyadakı müsəlman və yəhudiləri sürgün etdikləri, Xristofor Kolumbun 1492 səfərini dəstələdikləri və maliyyələşdirdikləri ilə tanındılar. İzabella və əri Ferdinand Papa VI Aleksandr tərəfindən "Katolik monarx" ünvanı aldılar və 1974-cü ildə Roma-Katolik kilsəsi tərəfindən "Tanrının xidmətçisi" olaraq elan edildilər. == Həyatı == === İlk illəri === İzabella 22 aprel 1451-ci ildə Kastiliya kralı II Con və ikinci xanımı Portuqaliyalı İzabellanın yeganə qızı olaraq Avilada dünyaya gəldi. Dünyaya gəlişiylə özündən böyük ögey qardaşı Henridən sonra taxt sırasında ikinci yeri tutdu. Üstəlik o əsnada 26 yaşlı Henri evli olsa da, övladı yox idi. 2 il sonra qardaşı Alfonsonun dünyaya gəlişiylə taxt sırasında üçüncü yerə düşdü.
Mariya İzabella Braqanza
Mariya İzabella Braqanza (isp. Maria Isabel Francisca de Assis Antónia Carlota Joana Josefa Xavier de Paula Micaela Rafaela Isabel Gonzaga de Bragança) (19 may 1797[…] – 26 dekabr 1818[…]) — İspaniya kralının xanımı. Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Hələ 19 yaşında ikən dayısı İspaniya kralı VII Ferdinandla evləndi. Bu evlilikdən 2 qız övladı dünyaya gəlsə də, bunlardan ilki cəmi 4 ay yaşadı. Digəri isə ölü olaraq dünyaya gəldi. Mariya İzabella isə ikinci qızının doğumu əsnasında qanaxmadan vəfat etdi. == Mənbə == María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019). Boletín Oficial del Estado.
Müqəddəs Portuqaliyalı İzabella
Araqonlu Elizabet (isp. Beatriz de Castilla) və ya Portuqaliyalı Müqəddəs Elizabet (port. Santa Isabel de Portugal) (4 yanvar 1271, Aljaferia, Saraqosa, Araqon krallığı – 4 iyul 1336, Eştremoş[d]) — Portuqaliya kralı I Denisin xanımı, Portuqaliyanın kraliça-konsortu, Araqon infantası. Atası Araqon kralı III Pyotr, anası isə onun xanımı Siciliyalı Konstansadır. İnfanta Konstansa IV Afonso H. V. Livermore (2004). Portugal: A Traveller's History. Boydell Press. p. 15. ISBN 978-1-84383-063-4 Fr.
İzabella de Villarduen
İzabella de Villarduen (fr. Isabelle de Villehardouin; 1263 – 1312, Hollandiya qraflığı) — 1289-cu ildən 1307-ci ilə qədər hakimiyyətdə olmuş Axeya və Moreya knyaginyası. O, II Gilyom de Villarduenin və Anna Komnina Dukinyanın qızı olmuşdur. İzabella əslində onun adından knyazlığı idarə edən Siciliya və Neapol kralı I Anjulu Karlın oğlu Filipp ilə evlənmişdir. Yalnız Karlın ölümündən sonra, 1289-cu ildə Floris d'Aven ilə evlənən İzabella əri ilə birlikdə knyazlığın hökmdarı olmuşdur. Onun ölümündən sonra Neapol kralı II Anjulu Karlın vassalı olaraq qalmasına baxmayaraq, knyazlığın yeganə hökmdar olmuşdur. İzabella daha sonra üçüncü dəfə evlənmiş və I Savoyyalı Filippi öz yoldaşı olaraq seçmişdir. Bununla belə, İzabellanın yeni həyat yoldaşı həm knyazlığın baronlarını, həm də II Karlı narazı salmışdır. Nəticədə, İzabella 1307-ci ildə bütün hüquqları krala keçirərək taxtdan əl çəkməyə məcbur qalmışdır. Грегоровиус Ф. История города Афин в Средние века (От эпохи Юстиниана до турецкого завоевания) / Перевод с нем., послесловие Фрица Шилльманна.
Araqonlu İzabella
Araqonlu İzabella (isp. Isabel de Aragón) (2 oktyabr 1470 – 23 avqust 1498, Saraqosa, Araqon taxt-tacı) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ilk xanımı olaraq Portuqaliya kraliçası. == Həyatı == === Uşaqlıq illəri === İzabella Araqonlu Ferdinandla Kastilyalı İzabellanın ən böyük övladı idi. Dayısı olan IV Henrinin səltənətində doğulan İzabellanın uşaqlıq illəri anası ilə dayısı arasında başlayan siyasi mübarizə dövrünə təsadüf etmişdir. Belə ki, IV Henri ondan icazə almadan gizlicə evlənən bacısını bağışlamamışdı. Dayısının 1474-cü ildə vəfat etməsinin ardından İzabellanın anası Kastiliya taxtına əyləşdi və cəmi 4 yaşındakı İzabella taxtın varisi olaraq elan olundu. Anası Kastilyalı İzabellanın səltənətinin ilk illəri taxt mübarizəsi ilə keçdi. Çünki dayısı IV Henri geridə rəsmi bir varis qoymadan vəfat etmişdi. Əslində mərhum kralın Yuanna adlı bir qızı vardı ancaq bütün ölkə bu uşağın kraldan olmadığını bilirdi. Portuqaliya kralı olan dayısı V Afonsoyla evlənən Yuanna özünə qazandığı siyasi müttəfiqlərin köməyilə Kastiliyada taxt mübarizəsinə başladı.
Avstriyalı İzabella
Avstriyalı İzabella (alm. Isabella von Österreich‎) (18 iyul 1501, Brüssel – 19 yanvar 1526[…], Gent) — Danimarka, Norveç və İsveç kraliçası. Kastiliya kraliçası Yuannanın qızı olaraq Brüsseldə dünyaya gəldi və 1514-cü ildə Danimarka və Norveç kralı II Xristian ilə evləndirildi. == Həyatı == === İlk illəri === İzabella 18 iyul 1501-ci ildə Kastilyalı Yuanna və Kastilyalı Filipin ikinci qızı olaraq Brüsseldə dünyaya gəldi. Anası Yuanna katolik monarxlar - Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra İzabella bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Ailə şəcərəsi və varisi olduğu taxt-tac səbəbilə İzabella üçün uşaq yaşlarından evlilik planları qurulurdu. Danimarka kralı ilk öncə böyük bacısı Eleonora ilə evlənmək istədi. Ancaq Eleonora valideynlərinin ən böyük övladı idi və bu səbəblə daha böyük bir siyasi fiqurla evləndirilməli idi.
İnfanta İzabella
İnfanta İzabella (isp. María Isabel Francisca de Asís Cristina Francisca de Paula Dominga) (20 dekabr 1851, Madrid – 22 aprel 1931, Paris) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası. 13 may 1868-ci ildə İki Siciliya kralı II Ferdinandın oğlu Siciliyalı Getano ilə evləndi ancaq əri nikahdan 3 il sonra intihar etdi. Həm qardaşı XII Alfonso, həm də onun oğlu XIII Alfonsonun ilk illərində kral sarayında nüfuz sahibi olan İzabella qardaşı oğlunun devrilməsindən və İspaniyada respublika elan edilməsindən sonra inqilabçıların qalma təklifini qəbul etmədi və Fransaya sürgünə getdi. Ancaq Parisə gəldikdən bir neçə gün sonra vəfat etdi. Navarrete Martínez, Esperanza. "María de la O Isabel de Borbón". Diccionario biográfico España (in Spanish). Real Academia de la Historia Chisholm, Hugh, ed. (1911).
İzabella Abezqauz
Abezqauz İzabella Vladimirovna (1923-1988) — musiqişünas, sənətşünaslıq namizədi (1955). 1954-1988-ci illərdә ADK-nda dərs demişdir. "Ü.Hacıbəyovun "Koroğlu" operası" (M.,1987) adlı tədqiqat əsərində bəstəkarın musiqi sintaksisi, forma, məqam, harmoniya və ritm sahəsindəki bədii axtarışları təhlil edilir.
İzabella Ağamalyan
İzabella İşxanovna Aqamalyan — fəhlə. 1934-cü ildə kəndli ailəsində anadan olmuşdur, ermənidir, 1972-ci ildən Sov.İKP üzvüdür, natamam orta təhsili var. 1960-cı ildən Kirovabad yağ-piy kombinatında elevator nəqledicisidir. Azərbaycan SSR Ali Soveti qanunvercilik mülahizələri komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Kirovabad-Caparidze seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
İzabella Kolbran
İzabella Kolbran (isp. Isabella Colbran; 2 fevral 1785, Madrid – 7 oktyabr 1845[…]) — ispan əsilli mezzo–sopranoçu opera müğənnisi. Dünya opera incəsənətinin primadonnası. Məhz onun üçün nəzərdə tutularaq yazılmış Dezdamona rolunun ilk ifaçısı, italyan opera bəstəkarı Coakkino Rossininin həyat yoldaşı.
İzabella Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu. Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır.
İzabella Redfern
İzabella Rebekka Redfern (19 avqust 1976, Münxen) — Alman-Amerikalı aktrisa və müğənnidir.
İzabella Çiappini
İzabella Çiappini (d. 28 sentyabr 1995) — Braziliyanı təmsil edən su poloçusu. İzabella Çiappini, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Valualı İzabella
Valualı İzabella (fr. Isabelle de France; 1 oktyabr 1348, Vensen qəsri[d] – 11 sentyabr 1372, Paviya) — Fransa kralı II Conun ən kiçik qızı, Fransız şahzadəsi. Eyni zamanda italyan zadəganlarından olan və gələcəkdə Milan hersoqluğunun əsasını qoyan Jan Qaleazzo Vizkontinin ilk xanımıdır. Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. The Johns Hopkins University Press. Bell, Susan Groag (1988). "Medieval Women Book Owners: Arbiters of Lay Piety and Ambassadors of Culture". In Erler, Mary; Kowaleski, Maryanne (eds.). Women and Power in the Middle Ages.
Kastilyalı İzabella (York hersoqinası)
Kastilyalı İzabella (ing. Isabella of Castile; 1355, Tordesilyas[d], Kastiliya və Leon – 23 dekabr 1392) — Kastiliya kralı I Pyotrun və xanımı Mariya Padillanın qızı. Bacısı Konstansanın İngiltərə kralı III Eduardın oğlu Gentli Conla evlənməsinin ardından İzabella da, kralın digər oğlu Edmond Lanqli ilə evləndirildi. == Mənbə == Cokayne, George Edward (1959). The Complete Peerage, edited by Geoffrey H. White. XII(2). London: St. Catherine Press. Harriss, G.L. (2004). Richard, earl of Cambridge (1385–1415).
Kraliça İzabella portretli 25 sent
Kraliça İzabellanın portreti ilə olan 25 sent - gümüş sikkə, eyni zamanda I İzabella dörddə biri ( ing. Isabella quarter). Dolların dörddə birini təşkil edən gümüş sikkə 1893-cü ildə ABŞ - ın Çikaqo Dünya Sərgisində iştirak etməyi münasibətilə buraxılıb. Sikkə ön tərəfində portreti yerləşdirilmiş Kastiliya Kraliçası İzabella -nin şərəfinə adlandırılmışdır. Sikkə bir sıra xüsusiyyətlərə malikdir: 25 sentlik ilk ABŞ sikkəsi; üzərində qadın təsviri olan ilk ABŞ sikkəsi; Əsl qadını əks etdirən ilk 25 sentlik ABŞ sikkəsi Hər iki tərəfdə qadınların şəkli olan ilk ABŞ xatirə sikkəsi; Xarici monarxın simvolu olan ilk ABŞ sikkəsi. Sikkə buraxıldıqdan sonra dizaynı tənqid olundu və köhnəlmiş adlandırıldı. Sikkə sərgi zamanı qeyri-qənaətbəxş şəkildə paylandı: 1 dollar müəyyən edilmiş qiymətlə cəmi 15,000 nüsxə satıldı. Nominal dəyərində isə daha 10,000 sikkə Qadın Təşkilatçılar Şurasının nümayəndələri tərəfindən alındı ( ing. The Board of Lady Managers). Buraxılan sikkələrin demək olar ki, yarısı yenidən ərinməsi üçün qaytarıldı.
Mariya İzabella (İki Siciliya kraliçası)
Mariya İzabella (isp. María Isabel de Borbón y Borbón-Parma) (6 iyul 1789[…], Madrid – 13 sentyabr 1848[…], Portiçi, Kampaniya) — İki Siciliya kralı I Fransiskin xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə onun xanımı Parmalı Mariya Luizadır. Hələ 13 yaşında ikən əmisi oğlu olan İki Siciliya kralı Fransisklə evləndi və Siciliya kraliçası oldu. == Mənbə == Acton, Harold. The Bourbons of Naples (1734-1825). Prion books limited, London, 1989 (first published in 1957). ISBN 1-85375-291-6 Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908.
Portuqaliyalı İzabella (Burqundiya hersoqinası)
Portuqaliyalı İzabella (port. Isabel de Portugal) (21 fevral 1397 – 17 dekabr 1471, Dijon) — Burqundiya hersoqu Xeyirxah Filippin üçüncü xanımı, Burqundiya hersoqinası. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. Donna İzabella 1397-ci ildə Evorada dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. Latın, fransız, ingilis və italyan dillərini öyrəndi. 1415-ci ildə Fransaya qarşı müttəfiq axtaran İngiltərə kralı V Henri onunla evlənmək istəsə də, anası kraliça Filipanın ani vəfatıyla danışıqlar yarıda qaldı. Çıxdığı Avropa səyahəti əsnasında 2 il boyunca Burqundiya sarayında yaşayan qardaşı Don Pyotrun səyləriylə 1428-ci ildə Burqundiya hersoqu Xeyirxah Filipplə evlənməsi planlaşdırıldı. Xeyirxah Filipp daha öncə 2 dəfə evlənsə də, hələ də varisi yox idi.
Portuqaliyalı İzabella (Kastiliya kraliçası)
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal) (d. 1428 - ö. 15 avqust 1496) – Kastiliya kralı II Conun xanımı. İzabella Portuqaliyanı 1385-ci ildən bəri idarə edən Aviz sülaləsinə mənsub idi. Atası Con Portuqaliya kralı I Juanın ən kiçik oğlu, anası İzabella isə yenə kralın qeyri-məşru oğlu olan Braqanza hersoqunun qızı idi. İzabella 1447-ci ildə Kastiliya kralı II Conla evləndi. Kralın ilk xanımı olan Araqonlu Mariyadan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu - gələcəkdə taxta çıxan Henri yetkinlik yaşına çatmış, onun Navarralı II Blanşla olan evliliyindən isə övladı olmamışdı. Bu səbəblə II Con həm özünə, həm də krallığa vəliəhd qazanmaq məqsədilə daha gənc bir xanımla, daha çox da fransız əsilli bir şahzadəylə evlənmək niyyətində idi. Ancaq kral, yaxın adamı Alvaro Lunanın da təzyiqi altında Portuqaliya ilə sülhü təmin etmək üçün yeni xanımını bu ölkədən seçməyə qərar verdi.
Araqonlu İzabella (Fransa kraliçası)
Araqonlu İzabella (fr. Isabelle d'Aragon; 1247 – 28 yanvar 1271, Kosensa, Araqon taxt-tacı) — Fransa kralı III Filippin ilk xanımı, Fransa kraliçası. == Həyatı == İzabella, Araqon kralı I Ceymslə onun ikinci xanımı Yolandanın səkkinci övladı və ən kiçik qızı idi. Doğum tarixi məlum deyil. Atasıyla Fransa kralı IX Lüdovik arasında bağlanan 11 may 1258-ci il tarixli sülhə əsasən, İzabella kralın ikinci oğlu Filiplə nişanlandı. Cütlüyün toy mərasimi isə 28 may 1262-ci ildə Klermon-Feranda baş tutdu. Bu müddət ərzində isə Fransa kralının böyük oğlu vəfat etmiş, Filipp atasının və bütün Fransa krallığının varisi olmuşdu. 1270-ci ilin iyulunda əri və qaynatasıyla birlikdə VIII Səlib yürüşünə qatılan İzabella, cəmi bir ay sonra qaynatasının vəfatıyla Fransa kraliçası oldu. Paytaxta geri dönüş yolunda, 11 yanvar 1271-ci ildə Kalabriyadakı Savuto çayını keçərkən atdan düşən Araqonlu İzabella, altıaylıq övladını vaxtından erkən dünyaya gətirdi. Ancaq cütlüyün beşinci övladı olan bu oğlan uşağı çox keçmədən vəfat etdi.
Fransalı İzabella (Navarra kraliçası)
Fransalı İzabella (fr. Isabelle de France; 18 mart 1241, bilinmir – 17 aprel 1271) — Navarra kralı II Teobaldın xanımı, Navarra kraliçası. == Həyatı == İzabella 1241-ci ildə Fransa kralı IX Lüdovik və xanımı Provanslı Marqaritanın ikinci qızı olaraq dünyaya gəldi. Hələ 2 yaşındaykən böyük bacısı Blanşın vəfatıyla cütlüyün ən böyük övladı oldu. Hələ 1254-cü ildə Navarra kralı II Teobald İzabellayla evlənmək istədiyini bildirdi. Ancaq evlilik şərti olaraq, IX Lüdovik kral və bacısı arasındakı taxt mübarizəsinin nəticələnməsini gözlədi. Ardından 6 aprel 1255-ci ildə Melöndə baş tutan mərasimlə İzabella Navarra kraliçası elan olundu. Olduqca dindar olan İzabellanın bu evlilikdən övladı olmadı. 1270-ci ilin iyulunda atası və əriylə birlikdə Səkkinci səlib yürüşünə qatılan İzabella həmin ilin avqustunda atasını, dekabrında isə ərini itirdi. Səfərdən geri dönən İzabella anasıyla birlikdə vətəni olan Provansa qayıtdı.
Fransalı İzabella (İngiltərə kraliçası)
Fransalı İzabella (fr. Isabelle de France; ən tezi 1288 və ya 1296, Paris – 22 avqust 1358 və ya 1358) — İngiltərə kralı II Eduardın xanımı, İngiltərə kraliçası. O eyni zamanda Fransa kralı IV Filipp və Navarra kraliçası I Jannanın yeganə qızı idi. Cəmi 12 yaşında İngiltərəyə gəlməsinə baxmayaraq, İzabella qısa zamanda saraydakı mühüm siyasi fiqura çevrildi. Baronlarla olan mübarizəsində öncə kralı dəstəkləsə də, sonralar kralın əhatəsindəki bəzi saray məmurlarıyla münasibətlərinin pisləşməsi nəticəsində 1325-ci ildə kralla kraliça arasında soyuqluq yarandı. Belə ki, həmin il İzabella oğlu Eduardı da yanına alaraq müttəfiq axtarmaq bəhanəsiylə Fransaya səyahət etdi. O illərdə sürgündə olan Rocer Mortimerlə ittifaq quran kraliça 1326-cı ildə kiçik bir orduyla İngiltərəni işğal etdi. II Eduardın səltənəti dağıldı və noyabr ayında ələ keçiriləcəyi Uels torpaqlarına qaçdı. 1327-ci ilin yanvarında kral 14 yaşlı oğlunun lehinə taxt-tacdan əl çəkdirildi və həmin ilin 21 sentyabrında həbs tutulduğu Berkley qalasında öldü və ya ehtimal ki, yeni rejimin əmriylə öldürüldü. Oğlunun azyaşlı olması səbəbilə, İzabella taxt naibəsi elan edildi və sevgilisi Rocer Mortimerlə birlikdə səltənəti ələ aldı.
Fransalı İzabella (İspaniya kraliçası)
Fransalı Elizabet (isp. Elisabet de Francia; fr. Élisabeth de France) (22 noyabr 1602[…], Fontenblo – 6 oktyabr 1644[…], Madrid) — İspaniya və Portuqaliya kralının xanımı. Fransa kralı IV Henrinin və Mariya Mediçinin böyük qızıdır. Katalan üsyanı illərində 1640–1642 və 1643–1644-cü illərdə kral naibəsi olaraq İspaniyanı idarə etdi.
I İzabella (Kastiliya kraliçası)
Kastiliyalı I İzabella (isp. Isabel I la Católica; 22 aprel 1451 – 26 noyabr 1504) — Kastiliya və Leon kraliçası, Araqon kralı Ferdinandın xanımı, Araqon kraliçası. Taxt uğrunda apardığı mübarizənin ardından İzabella hökumət sistemini yenidən tənzimlədi və krallığın qardaşı dönəmindən qalan borclarını azaltdı. 1469-cu ildə Ferdinandla baş tutan evliliyi bugünkü İspaniyanın yaranmasına şərait yaratdı. İzabella və Ferdinand rekonkista əməliyyatını tamamladıqları, İspaniyadakı müsəlman və yəhudiləri sürgün etdikləri, Xristofor Kolumbun 1492 səfərini dəstələdikləri və maliyyələşdirdikləri ilə tanındılar. İzabella və əri Ferdinand Papa VI Aleksandr tərəfindən "Katolik monarx" ünvanı aldılar və 1974-cü ildə Roma-Katolik kilsəsi tərəfindən "Tanrının xidmətçisi" olaraq elan edildilər. == Həyatı == === İlk illəri === İzabella 22 aprel 1451-ci ildə Kastiliya kralı II Con və ikinci xanımı Portuqaliyalı İzabellanın yeganə qızı olaraq Avilada dünyaya gəldi. Dünyaya gəlişiylə özündən böyük ögey qardaşı Henridən sonra taxt sırasında ikinci yeri tutdu. Üstəlik o əsnada 26 yaşlı Henri evli olsa da, övladı yox idi. 2 il sonra qardaşı Alfonsonun dünyaya gəlişiylə taxt sırasında üçüncü yerə düşdü.