İZİNSİZ

İZİNSİZ (icazəsi olmadan) [İlyas:] Katibdən izinsiz masanın qarşısındakı kürsüdə əyləşdim (M.Hüseyn); BİİZN, Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb gəlsin mehmanxanaya.. (Ə.Haqverdiyev); İCAZƏSİZ İcazəsiz ştabı tərk etməyin! (Ə.Məmmədxanlı); RÜSXƏTSİZ Psixiatr: Mən sizdən çox üzr istəyirəm ki, rüsxətsiz, həm də gecənin bu vaxtında öz açarımla qapını açıb mənzilə girmişəm (Anar).

İZİNLİ
İZLƏMƏK

Digər lüğətlərdə