İŞIQLANDIRMAQ

İŞIQLANDIRMAQ Gəl bu yol, nzı; İşıqlandıran; Parlaq ulduz ol (M.Rahim); AYDINLATMAQ Qara simsarı süni təbəssüm işığı ilə aydınlatmağa çalışdı (M.İbrahimov); İŞIQ SAÇMAQ/SALMAQ Elə bil bu gümüşü duyğudan bir parçanı əridib dərənin dibinə axıdırdılar ki, orada gündüzlər gün işığında, gecələr ay nurunda parıldasın, dərinliklərə işıq saçmış olsun (B.Bayramov); MÜNƏVVƏR ETMƏK/ELƏMƏK Yəqin bil, ölərəm, şəbistanımı; Münəvvər etməsə camalın sənin (Aşıq Həsən); NURA QƏRQ ETMƏK/ELƏMƏK [Azər:] Bax, beşcə dəqiqə keçməyəcək evinizi nura qərq eləyəcəyəm (M.İbrahimov); NURLANDIRMAQ Gecələr də işıqlar bəzəyir otağımı; Ağaclarda lampalar nurlandırır bağımı (M.Rahim); RÖVŞƏN ETMƏK Əhvalı-şamı rövşən edər sübh arizə (Q.Zakir); TABAN ETMƏK Həqqi xəlqə bildirib dəfı-zəlalət etməli; Gün kimi taban edib pamali-zülmət etməli (M.Ə.Sabir).

İŞIQÇI
İŞIQLANMAQ

Digər lüğətlərdə